Qərbi Kaspi Universiteti

Universitet

Qədirova Aliyə

Təhsil:

-Qərb Universiteti - Menecment ixtisası üzrə bakalavr dərəcəsi

Fərqlənmə və mükafatlar:

- Azərbaycanda Birinci dərəcəli ACCA filialı;

- Fərdi ACCA materiallarında F4 şəxslər və müəssisələr haqqında ən yüksək marka- Rusiyanın Azərbaycandakı buraxılışı;

- Azərbaycanda fərdi ACCA materiallarının P1 İdarəetmə, Risk və Etika sahəsi üzrə ən yüksək marka;

- Azərbaycanda fərdi ACCA materiallarının P7 Beynəlxalq Genişləndirilmiş Audit və Sığorta sahəsi üzrə ən yüksək marka;

- Azərbaycanda fərdi ACCA materiallarının P5 Genişləndirilmiş Performans İdarəetmə sahəsi üzrə ən yüksək marka;

- Zerfikat Deutch B1 – Alman dili sertifikatı (səviyyə B1);

- "Keyfiyyətin İdarə olunması Sistemində Daxili auditor ISO 9001: 2000 " sertifikatı

"Mən tədqiqatlarımı ACCA-in öz-öyrənmə təlimatlarının köməyi ilə planlaşdırdım, hansıki, bir çox öhdəlik və fədakarlıq tələb edirdi. Qızıl qaydam- "Bu günün işini heç vaxt sabaha qoyma". ACCA imtahanlar tələb edir ki, bütün tədris proqramı sizin diqqət mərkəzinizdə olsun.

Mən əvvəlcə tədris mətninə ümumi baxış keçirdim, qeydlər götürdüm və yalnız ondan sonra imtahan vəsaitləri ilə çalışmağa başladım. Siz də həmişə öncəki imtahan suallarını edin, beləliklə imtahanın quruluşunu və formatını, həmçinin də imtahan ərzində sizdən nə tələb olunduğunu dərk edəcəksiniz. İmtahan zalına imtahan proqramını tamamlamamış girməyin.

İmtahan zamanı suallara başlamaq üçün bir qədər özünüzü itirə bilərsiniz. Panikaya düşməyin. Suala başlayın və nəyin doğru olacağını güman edirsinizsə o cavabdan da yola çıxın. İmtahanı bitirdiyinizmi, pozitiv və səbirli olun. Elə ola bilərki müəyyən imtahanlarda gözlədiyiniz uğuru qazanmayasınız, ama heç zaman imtina etməyin və əlinizdən gələnin ən yaxşısını etməyə davam edin"

Biz onu təbrik edir və ona gələcək təhsil və kariyerasında uğurlar arzulayırıq.