Qoşqar Təhməzli
Qida Təhlükəsizliyi Agentliyinin sədri Q.Təhməzli 1994-96-cı illərdə Qərb Universitetinin Siyasi Elmlər Fakültəsində magistr təhsili alıb.
2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında “Ən yaxşı top-menecer” adına layiq görülüb.
Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak edib, müharibə veteranıdır.
25 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.