Qərbi Kaspi Universiteti

Universitet

Ramin Qarayev

Daha bir məzunumuzu qürur hissi ilə sizə təqdim edirik:
RAMİN QARAYEV. 

2000-ci ildə - Qərb Universitetində "Biznesin İdarə olunması" ixtisası üzrə bakalavr dərəcəsi alıb.
2001-2005-ci illərdə Neft-Qaz şirkətlərində İT menecment üzrə məsul şəxs kimi çalışıb.
2005-2008-ci illərdə "Microsoft Azerbaijan&Georgia" şirkətində Konsaltinq və Dəstək şöbəsinin direktoru vəzifəsini tutub.
2008-2014 - Microsoft UK and Fujitsu UK&Ireland şirkətində Böyuk (Baş) IT məsləhətçisi (Birləşmiş Krallıq) kimi çalışıb.
2014-2016-cı illərdə Kapital Bankın (Bakı) İnformasiya Xidmətinin İnzibatçısı vəzifəsini tutub.

Ramin Qarayev hazırda Birləşmiş Krallığın Ridinq şəhərində yaşayır.
2016-cı ildə Böyük qlobal şirkətlər üçün layihələr təqdim edən IT konsaltinq şirkətinin sahibidir.