Qərbi Kaspi Universiteti

Universitet

Rəşad İbrahimov

Daha bir məzunumuzu qürur hissi ilə təqdim edirik: RƏŞAD İBRAHİMOV

2000-ci ildə Qərb Universitetinin Politologiya ixtisasını bitirib. Daha sonra Lomonosov adına Moskva Dövlət Universitetinin MBA proqramının dinləyicisi kimi təhsil alıb.

İş təcrübəsinə hüquqşünas kimi başlayıb, xarici neft şirkətində menecer, sonradan bank sahəsində bir neçə strukturun, həmçinin iri istehsalat klasterində Layihələrin İdarə Olunması Ofisinin rəhbəri kimi fəaliyyətini davam edib. Layihələrin idarə olunmasında 15 ildən artıq təcrübəyə malikdir.

R.İbrahimov hazırda AzərTürkBank-Layihələrin İdarə Olunması Ofisinin rəhbəridir.

R.İbrahimov MDB məkanında layihə menecementi kompetensiyaları üzrə aparıcı ekspertlərdən biridir (IPMA Certified Senior Project Manager, Level B).