Qərbi Kaspi Universiteti

Universitet

Səid Qasımov

Məzunumuzu karyerasında qazandığı uğurları münasibəti ilə təbrik edirik!
"NBC Bank"ASC-nin İdarə Heyətində (İH) dəyişiklik olub.
Bankın İdarə Heyətinin sədr müavini olan Səid Qasımova qurumun sədri vəzifəsini icra etmək həvalə olunub.
Qasımov Səid 1999-2003-cü illərdə Qərb Universitetində Beynəlxalq İqdisadi Münasibətlər ixtisası üzrə təhsil alıb.
İş təcrübəsi:
- 2006 – 2007 "Access Bank”-da biznes kreditləri üzrə mütəxəssis;
- 2007 – 2008 "NBCBank” ASC-də istehlak kreditləri üzrə mütəxəssis;
- 2008 – 2010 "NBCBank” ASC-də Kreditlərə Nəzarət şöbəsinin müdiri;
- 2010 – 2011 "NBCBank” ASC-də Filial müdiri;
- 2011 – 2013 "NBCBank” ASC-də Kredit Departamentinin müdiri;
- 2013 – 2013 oktyabr "NBCBank” ASC-də Biznesin İnkişafı Departamentinin müdiri;
- 2013 – İdarə Heyətinin sədr müavinidir;
- 2016 - İdarə heyətinin sədri;
Tabeliyində olan strukturlar: Kredit Departamenti, Biznesin İnkişafı Departamenti.