Dayanıqlı Biznes Kursu
Müddət: 8 həftə
Zaman aralığı: həftədə 2-3 saat
Qiymət:
Təşkilatçı: Qərbi Kaspi Universiteti
Səviyyə: Başlanğıc
Dil: İngilis
Təlimatçı: Hriday Sarma
Kursun ilkin təsviri
Kursun tədrisində mövzuların müxtəlif aspektləri üzrə ümumi tədris strategiyaları nümayiş etdirilir. Təşkilatın uğurlu fəaliyyəti yalnız maliyyə göstəriciləri ilə deyil, ətraf mühit və sosial göstəriciləri ilə də ölçülür. Təşkilatın biznesinin dayanıqlı olması üçün müştəri məmnuniyyəti davamlı artmalı, əməkdaşlarla yüksək səviyyədə əlaqələr qurulmalıdır. Dayanıqlı biznesin məqsədi, təşkilatların dayanıqlı inkişaf məqsədləri ilə inteqrasiyasını təmin etmək, iş proseslərində qarşıya çıxa biləcək risklər haqqında xəbərdar olmaq, onları idarə etmək və davamlı dəyər yaratmaqdır. Kursda tədris intensiv şəkildə olacaqdır və tələbələr tərəfindən həm fərdi, həm də komanda şəklində layihələrin təqdimatı həyata keçirələcəkdir.
Kurs üzrə təklif edilən dərslər
- Dayanıqlı biznesdə inkişafa dair sosial-texniki xüsusiyyətlər və mövcud şəraitdə dəyəri
- Böyük və kiçik müəssisələrin dayanıqlı inkişaf strategiyasını strateji strukturunun bir hissəsi kimi qəbul etmə səbəbləri və dayanıqlı biznesi davam etdirmə üsulları
- Dövlətin, regional və beynəlxalq təşkilatların dayanıqlı biznesin inkişafına təşviqdə (və ya maneə ilə qarşılaşmasında) rolu