Qərbi Kaspi Universiteti

Universitet

Dayanıqlı İnkişaf Kursları

Yeni

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Ətraf Mühitin Mühafizəsi kursu - ÖDƏNİŞSİZ

Kursun təsviri

Dərslər 01.10.2020 tarixindən başlayır.

Siz bu kursda Dayanıqlı İnkişafın Konseptual əsaslarını öyrənəcək və dayanıqlılıq məsələlərini kompleks bir problem kimi müzakirə edəcəksiniz.

Biz dünyadakı enerji və material axınlarına, sosial və siyasi məsələlər, sərvət bərabərsizliyi, coğrafiyanın, tarixin və mədəniyyətin günümüzdə davamlılığa təsir və kollektiv fəaliyyət problemlərinə baxacağıq. Biz, eləcə də, iqlim dəyişikliyi kimi qlobal problemləri qarşısında dayanıqlılığımıza və perspektivlərimizə baxaraq SWOT təhlil aparacağıq.

Kurs hər həftə müxtəlif mövzulara toxunur:

  • Davamlı inkişaf və mürəkkəblik
  • Ekologiya metabolik sistem kimi
  • İqtisadi böyümə və bərabərsizlik
  • İnsan fəaliyyətinin ətraf mühitə təsiri
  • Kollektiv fəaliyyət problemi
  • Güclü, zəif tərəflər; imkanlar və təhdidlər

 Qəbul qaydaları

Qərbi Kaspi Universitetində hazırkı kurslar üçün giriş tələbləri yoxdur. Sizin sadəcə internet bağlantısına və bir kompyuter və ya tablet cihazına ehtiyacınız var.

Kursun dili: Azərbaycan dili

Qeydiyyat linki:

Dayanıqlı İnkişaf Kursları üçün qeydiyyat formu (son tarix 25.09.2021)

Əlaqə:

+994 12 492 74 18 (daxili 18)