Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Beyin implantları təsəvvür olunan yazını ekranda mətnə çevirir

İflic bir insanın beynindəki elektrodlar onun düşüncələrini ekranda yazılı sözlərə çevirir. Düşüncələrin  beyindən mətnə ötürülməsi, iflic kimi əlil insanların ünsiyyət qurmalarına kömək edir.

65 yaşlı bir kişinin beyninin səthinə iki kiçik elektrod yerləşdirildi. Elektrodlar, beynin əl və barmaq hərəkətlərini idarə edən hissəsindəki elektrik fəaliyyətini oxuyur. Kişi boynundan aşağı iflic olsa da, əli ilə  məktub yazdığını təsəvvür etdi. Tədqiqatçılar, daha sonra təsəvvür olunan hər hərflə gedən sinir nümunələrini müəyyənləşdirdilər və bu düşüncələri ekranda mətnə çevirdilər.

Tədqiqatçılar "Nature" jurnalında dərc olunan məqalədə məlumat veriblər ki, "İxtira yalnız beyin gücü ilə dəqiqədə 90 simvol və ya 15 söz istehsal edə bilir. Bu nəticə, təcrübədə iştirak edən şəxsin yaş kateqoriyasındakı insanların smartfonda ortalama yazı yazma sürətinə bərabərdir."

Düşüncəli rabitə hələ başlanğıc mərhələsindədir. Tədqiqatçı Shenoy deyir ki, "Daha çox könüllü şəxslərlə araşdırma aparmaq lazımdır, lakin bunun başqa insanlarda yenidən işləyəcəyinə  dair şübhə yoxdur”. Tədqiqatçılar sistemi həm hərəkət etmə, həm də danışma qabiliyyətini itirən bir şəxslə test etməyi də planlaşdırırlar.

https://www.sciencenews.org/article/brain-implants-translate-handwriting-text