Qərbi Kaspi Universiteti

Tədqiqatlar

3D ölçülü yeni program şübhəlilərin müəyyən edilməsində intensiv rol oyanyır

Digital Heads Help Eyewitnesses Identify Suspects

Cinayətə şahidlik edən şəxs cinayətkarı səhvən yanlış insana bənzətdikdə bu səhv, günahsız bir həyatı məhv etməyə və əsl cinayətkarın azadlığa çıxmasına şərait yarada bilər.

Şahidlərə çox vaxt həm şübhəlilərdən, həm də "cinayətkarlar" qrupundan xatırladıqları üzü seçmək tapşırığı verilir. İnsanlar ənənəvi olaraq, bir tərəfli şüşə arxasında dayanmış şəxsləri incələyərək və ya fotoşəkillərə baxaraq şübhəlini müəyyən edilirər.

New Haven Universitetində cinayət mühakiməsi üzrə dosent, De Carlo izah edir ki, "Biri ayağa qalxır, məhkəmə zalında kiməsə baxır, onu işarə edərək deyir: Bu adamdır. Bu, hakimlər üçün çox güclü bir göstəricidir".

Ancaq yeni bir araşdırma nəticəsində məlum olub ki, rəqəmsal, üç ölçülü kompüter siçanı vasitəsilə manipulyasiya edilə bilən bir proqram şübhəliləri daha dəqiq seçməyə köməklik edir.

İngiltərədəki Birmingham Universitetinin məhkəmə psixologiyası professoru və məqalənin həmmüəllifi Heather Flowe Scientific Reports -da dərc edilmiş məqalədə bildirib ki, "Şübhəlilərin üzlərini istədikləri səmtə çevirmələrinə imkan verən yeni bir interaktiv sıralama proseduru hazırlamışıq".

3D ölçülü bu proqram vasitəsilə şübhəlilərin üzlərini daha aydın görmək və video formasında sıralama ilə şəkilləri incələmək mümkündür.

https://www.scientificamerican.com/article/digital-heads-help-eyewitnesses-identify-suspects/?utm_source=newsletter&utm_medium=email&utm_campaign=mind&utm_content=link&utm_term=2021-08-11_featured-this-week&spMailingID=70488821&spUserID=NTExMTg1Mzk1NDg3S0&spJobID=2181391370&spReportId=MjE4MTM5MTM3MAS2