Qərbi Kaspi Universiteti

Tədqiqatlar

  • Ana səhifə
  • Tədqiqatlar
  • Tam və ya yarı avtonom nəqliyyat vasitələrində adaptiv əhval-ruhiyyəyə nəzarət imkanı

Tam və ya yarı avtonom nəqliyyat vasitələrində adaptiv əhval-ruhiyyəyə nəzarət imkanı

/ Mühəndislik və Kompüter Elmləri / Maşın dili /

 

Xarici mütəxxəsislər, avtonom sistemlər üçün insan əhval-ruhiyyəsini cihaz vasitəsilə öyrənən və insan duyğularına cavab verən yeni bir texnologiya hazırlayıb. Onun əldə etdiyi, "Tam və ya yarı avtonom nəqliyyat vasitələrində adaptiv əhval-ruhiyyəyə nəzarət" adlı bu nəticə, FAU üçün Amerika Birləşmiş Ştatları Patent və Ticarət markası Bürosundan patent almışdır. 

"Tam və ya yarı avtonom nəqliyyat vasitələrində adaptiv əhval-ruhiyyəyə nəzarət" avtonom nəqliyyat vasitələri ilə qarşılıqlı əlaqədə olan insanlar üçün rahat, xoş və ən əhəmiyyətlisi,

 etibarlı bir təcrübə təmin edir. Bu texnologiya, özünü idarə edən avtomobillər, avtonom hərbi nəqliyyat vasitələri, avtonom təyyarələr və ya

 helikopterlər və hətta sosial robotlar da daxil olmaqla bir sıra özünü idarə edən sistemlərdə istifadə edilə bilər."Tam və ya yarı avtonom nəqliyyat vasitələrində Adaptiv Əhval-Ruhiyyə Nəzarəti" adı verilən patent, sürücülərin və sərnişinlərin əhval-ruhiyyəsini dərk etmək üçün  tam və yarı avtonom nəqliyyat vasitələrində sensorlardan istifadə edir.

 Məlumat, üz ifadələrinə, tutacaqlarda və oturacaqlarda yerləşdirilən sensorlara və digər monitorinq cihazlarındakı

 termal kameralara əsasən toplanır. Nəticədə, daha sonra avtomobilin normal, ehtiyyatlı və ya həyəcanlı idarə edilməsi

 rejimlərinə uyğun bir iş rejimi seçərək qəbul edilən, insan duyğularına cavab verən proqram sisteminə göndərilir. 

"Tam və ya yarı avtonom nəqliyyat vasitələrinin texnologiyasındakı ən böyük problemlərdən biri, 

digər özünü idarə edən və insan tərəfindən idarə edilən nəqliyyat vasitələrinin davranışlarını dəqiq şəkildə təxmin 

edə bilməmələridir. Bu proqnoz avtonom nəqliyyat vasitələrinin yollarda düzgün hərəkət etməsi üçün vacibdir. " Mühəndislik və Kompüter Elmləri Kollecində dekan olan f.ü.e.d. Stella Batalama bildirib ki, "Professor Nojoumianın yenilikçi və qabaqcıl texnologiyası,

 bu avtomobillərə minən insanların, davranış qaydalarını öyrənmək üçün maşınöyrənmə alqoritmlərindən

 istifadə edərək bu problemi aradan qaldırır”. 

Florida Atlantik Universitetinin, Mühəndislik və Kompüter Elmləri Kollecindən bir araşdırmaçının,

avtonom sistemlər üçün insan əhval-ruhiyyəsini cihaz vasitəsilə öyrənən və insan duyğularına cavab verən yeni texnologiyası.

https://techxplore.com/news/2021-06-machine-learned-human-emotions-autonomous-vehicles.html?utm_source=nwletter&utm_medium=email&utm_campaign=daily-nwletter