Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Ev heyvanlarının yuxu rejimində rolu

/ Sağlamlıq / Pediatriya /

Ev heyvanının sizinlə eyni yataqda yatmasının pis fikir olduğuna dair çoxdan bəri mövcud olan bir inam var. Xəzli dostlarınızın evdə əlavə yer tutmasından, səs-küylə hər yeri cızmasından və allergiyalara səbəb olmasından savayı həm də yuxunuzu pozacağı kimi iddia da mövcuddur.

“Sleep Health” jurnalında dərc olunan yeni bir araşdırma fərqli bir hekayədən bəhs edir. Concordia-nın Pediatrik Xalq Sağlamlığı Psixologiyası Laboratoriyasının tədqiqatçıları, yataqlarını ev heyvanları ilə bölüşən çox sayda uşağın yuxu keyfiyyətinin tək yatanlardan heç nə ilə fərqlənmədiyini müəyyənləşdirdilər.

"Sevimli heyvanınızla yatmaq heç də yuxu pozucu deyil", qəzetin aparıcı müəllifi, f.ü.e.d. Hillary Rowe qeyd etdi. "Əslində, tez-tez heyvanları ilə yatan uşaqların daha yüksək yuxu keyfiyyətinə sahib olduqları təsdiqləndi."

Kanada Səhiyyə Tədqiqat İnstitutları tərəfindən maliyyələşdirilən və tədqiqatçıların istifadə etdiyi məlumatlar, uşaqlıq stresi və yuxu arasındakı əlaqələri araşdıran Sağlam Ürək Layihəsinin tapıntıları bu mənada diqqətə layiqdir.

Uşaqlar və valideynlər yatma rejimləri və yuxu gigiyenası ilə bağlı sorğuları bu kateqoriyalarda cavablandırdılar: ardıcıl bir yatma vaxtına riayət etmək, rahat yuxu öncəsi rejimə sahib olmaq və sakit rahat yerdə yatmaq. İki həftə ərzində uşaqlar geyilə bilən əşyalar (bilək aktiqrafiyası) taxdılar və yuxularını izləmək üçün gündəlik jurnallar doldurdular. Tədqiqatçıların yatarkən beyin dalğalarını (EEG siqnalları) qeyd etmələri üçün uşaqlar bir gecə xüsusi bir ev polisomnoqrafiya cihazı ilə təchiz edildi.

McGrath, "Yuxu gigiyenası suallarından biri, uşaqların öz yataqlarını bir ev heyvanı ilə paylaşıb paylaşmadıqlarını soruşurdu" deyir. "Hər üç uşaqdan birinin"bəli"cavabını verdiyini görəndə təşvişə düşdük."

“Bu kəşfdən sonra mövcud ədəbiyyatın heyvanlarla yataq bölüşdürmə mövzusunda nə dediklərini araşdırılmağa başladı. Yetkinlərlə əlaqəli bir neçə iş tapılsa da, gənclərlə bağlı demək olar ki, heç bir məlumat əldə edilmədi.”

"Ev heyvanı ilə birlikdə yatmaq bir çox uşağın etdiyi bir şeydir və bunun onların yuxusuna necə təsir etdiyini bilmirik" Rowe əlavə etdi. "Beləliklə, bir yuxu elmi baxımından, bunu düşünməyimizin əhəmiyyətli olduğunu zənn edirik."

Tədqiqatçılar, ev heyvanları ilə nə qədər tez-tez yatdıqlarına görə uşaqları üç qrupa ayırdılar: heç vaxt yatmayanlar, bəzən birgə yatanlar və mütəmadi olaraq yatanlar. Sonra üç qrupu müxtəlif yuxu dəyişkənlikləri üzrə müqayisə edərək onların arasında ciddi fərqlərin olub olmadığını araşdırdılar.

"Sağlam Ürək Layihəsinin daha böyük hədəflərini nəzərə alaraq, yalnız yatma vaxtlarına və yatma müddətinə deyil, həm də yuxuya getməyin nə qədər vaxt aldığına, gecə yuxu pozulmalarına və yuxu keyfiyyətinə nəzər saldıq." McGrath dedi.” Üç qrupun ümumiyyətlə bütün yuxu ölçüləri ilə oxşar olduqları müəyyənləşdirildi”. Bu, uşaqların ev heyvanlarını özlərinə dost hesab etdiklərini və onlarla yatmaqdan rahatlıq tapdıqlarını göstərir.

McGrath, "Bu tapıntılar, yuxunu ölçmək üçün texnologiyanı necə inkişaf etdirəcəyimizə dair düşüncələrimizi daha da dəqiqləşdirdi" dedi.

"Apple Watch və Fitbit kimi bir çox geyinilən qol saatları və ağıllı telefonlar bir insanın yuxusunu deşifrə etmək üçün hərəkəti aşkarlayan akselerometrlərə sahibdirlər. Bu kimi araşdırmalar yuxu müdaxilələrini və ya oyanışları təyin etmək üçün istifadə edilən alqoritmi düzəltmək üçün dəqiq bir yuxu qiymətləndirməsini təmin edəcək. "

 

https://medicalxpress.com/news/2021-06-kids-pet-good-night-rest.html?utm_source=nwletter&utm_medium=email&utm_campaign=daily-nwletter