Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Alimlər beyində yaddaş hüceyrələrinin yeni bir sinfini kəşf ediblər

/ Nevrologiya / Beyin /

Alimlər, uzun müddət idi ki, bizə çox tanış bir sima gördükdə hiss etdiyimiz duyğuların izahını verəcək beyin hüceyrələri sinfini axtarırdılar.İndi, yeni araşdırmalar, bir simanın uzun müddət yaddaşda qalması ilə əlaqəli olan beyin neyronları sinfini ortaya çıxarıb.Simanı xatırlayan neyron tək bir hüceyrədən deyil, bir çox hüceyrənin birləşməsindən ibarətdir.

“Science” jurnalında dərc olunan bu nəticələr, bizə əziz olan insanların simalarını yaddaşımızda necə saxladığımızı izah etmək üçün əldə olunan ilkin nümunələrdir.

Rokfeller universitetinin professoru, Vinrix Freyvald deyir: “Beyinin qaranlıq qalan və kifayət qədər öyrənilməmiş bir hissəsində üz cizgilərini yaddaşla əlaqələndirən hüceyrələr tapmışıq”.

Beyində simaları tanımağa əsaslanan müvəqqəti qütb bölgəsinin aşkar edilməsi, tədqiqatçıların tezliklə bu hüceyrələrin tanış üzləri necə kodlaşdırdığını araşdırmağa başlaya biləcəklərini göstərir. Freyvald deyir: "İndi biz bu sahənin, beyinin digər hissələri ilə necə əlaqədə olduğunu və yeni bir sima ilə qarşılaşdığımız zaman nə baş verdiyini görə biləcəyik", "Və təbii ki, biz bu hüceyrələrin insan beynində necə işlədiyini də araşdırmağa başlaya bilərik."

Gələcəkdə bu kəşflər, prosopagnoziya xəstəliyindən əziyyət çəkən və sosial cəhətdən təcrid olunmuş insanlar üçün də klinik nəticələr əldə edilməsinə səbəb ola bilər. Freyvald bildirir ki, "Üzləri xatırlaya bilməyən insanlar tez-tez depressiyadan əziyyət çəkirlər, hətta vəziyyətləri ağırlaşdığı zaman onlar ən yaxın qohumlarını belə tanımırlar". "Bu kəşf, bir gün onlar üçün də yeni strategiyalar hazırlamağımıza kömək edə bilər."

https://medicalxpress.com/news/2021-07-scientists-class-memory-cells-brain.html?utm_source=nwletter&utm_medium=email&utm_campaign=daily-nwletter