Fiziklər atomların bu günə qədər olan ən təfərrüatlı şəklini çəkiblər
“Scientific American” xəbər verir ki, fiziklər, Apple şirkətinin ən son model telefonlarını geridə qoyan və görüntüləri 100 milyon dəfə böyüdən bir cihazla atomların ən təfərrüatlı şəklini çəkiblər. 2018-ci ildə ən yüksək göstəricili mikroskop ilə rekord qıran tədqiqatçılar, keçən ay nəşr olunan bu araşdırma ilə yeni bir rekorda imza atıblar. Nümunənin vizuallaşdırılması üçün, elektron şüaların obyektə yönəldilməsi və qeyd olunan təsvirin alqoritmlərinin istifadə etdiyi skanlamanın yaradılması ilə elektron formada əks olunan, ptixoqrafiya adlanan metoddan istifadə edilmişdir. Əvvəllər elm adamları bu metodu yalnız bir neçə atom qalınlığı olan obyektləri təsvir etmək üçün istifadə edə bilirdilər. Ancaq yeni araşdırma nümunələri 30-50 nanometr genişlikdə təsvir edə biləcək bir üsul ortaya qoyur – “Science”-da bu üsul vasitəsilə 10 dəfədən çox artım olduğu bildirilir. Bu artım, elektronika və batareyaların daha səmərəli inkişaf etdirilməsinə də kömək edə bilər və eyni zamanda bu proses, atom səviyyəsindəki komponentlərin vizuallaşdırılmasını tələb edir.