Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Elvin Qurbanov

Müəllim

proqramlaşdırma

+994 12 565 39 74

elvin.qurbanov.2024@wcu.edu.az

Qurbanov Elvin 5 iyul 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2006-2017-ci illərdə 126 saylı tam orta məktəbdə təhsil almışdır. 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) bakalavr dərəcəsi üzrə qəbul olmuş və 2021-ci ildə fərqlənmə ilə bitirmişdir. 2021-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində magistratura təhsilinə başlamış və 2023-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Həmin il doktorantura təhsilini davam etdirmək üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutuna qəbul olmuşdur.

Təhsil və elmi fəaliyyəti boyunca müxtəlif akademik layihələrdə iştirak etmiş, informasiya texnologiyaları və proqramlaşdırma sahəsində tədqiqatlar aparmışdır. O, süni intellekt və proqramlaşdırma mövzusunda elmi araşdırmalar apararaq bu sahədə bir neçə mühüm nəticə əldə etmişdir. Eyni zamanda, proqramlaşdırma və yeni texnologiyalar üzrə universitetdə pedadoji  fəaliyyət göstərir.

Hal-hazırda Qərbi Kaspi Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim kimi çalışır.

Tədris istiqaməti:

Veb sistemləri və texnologiyaları, Proqramlaşdırmanın əsasları, C Proqramlaşdırma dili, Proqramlaşdırma texnologiyaları, İnformasiya təhlükəsizliyi, Verilənlərin strukturu və alqoritmləri, Mobil proqramlaşdırma, Müasir veb proqramlaşdırma vasitələri.