Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi

Aruz Mikayılov

Cografiya üzrə fəlsəfə doktoru

Urbanizasiya, Qafqazın ekologiyası, Coğrafi ekologiya

+994 12 565 39 74

aruz.mikayilov@wcu.edu.az

Mikayılov Aruz Mətaf oğlu 1984-cü ildə Zərdab rayonunda anadan olmuşdur. 2001-ci ildə N.Nərimanov adına kənd orta məktəbini bitirmişdir. 2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisası üzrə bakalavr pilləsini, 2007-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin “Geomorfologiya” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Fiziki coğrafiya kafedrasının “Fiziki Coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftın geofizikası və geokimyası” ixtisası üzrə əyani doktoranturaya qəbul olmuşdur. 
2010-cu ildən Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvüdür. 
Əmək fəaliyyətinə 2012-ci ildən Bakı dövlət Universiteti Coğrafiya fakültəsinin Fiziki coğrafiya kafedrasında başlamışdır. Həmçinin 2014-cü ildən SABAH qruplarında bir sıra fənləri tədris edir. 
2020-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən coğrafiya üzrə fəlsəfə doktoru diplomuna layiq görülmüşdür.
 Tədqiqat işlərinə dair 31 elmi məqalə və tezis (11 məqalə, 6 tezis  respublika daxilində, 9 məqalə, 5 tezis xarici ölkələrdə (Kanada, Ukrayna, Belarusiya və Rusiya) çap olunmuşdur.
Beynəlxalq və respublika daxili konfrans və təlimlərdə iştirak etmiş, müvafiq sertifikatlarla təltif edilmişdir. 

Elmi əsərləri:
1. Cənub-şərqi Şirvanda landşaft komplekslərinin səhralaşmasında  Xəzər dənizinin səviyyə tərəddüdünün rolu. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri XV cild. // Xəzər dənizi və ətraf regionların ekosistemləri: təhlükə və risklər. Bakı, Victory mətbəəsi, 2010, s. 119-126.
2. Qlobal istiləşmənin Kür çökəkliyi landşaftlarının səhralaşmasına təsiri. Azərbaycan Coğrafya Cəmiyyəti BDU filialının əsərləri III cild. // Azərbaycan və onunla qonşu ölkələrin təbii təsərrüfat sistemlərinə iqlimin qlobal dəyişməsinin təsirinin qiymətləndirilməsi. Bakı, AzTU-nun mətbəəsi, 2010, s. 211-216.
3. Влияние  поселения  населений  на  опустынивания ландшафтов   в  Куринской впадины. Таврического Национального Университета им. В.И.Вернадского. том 24(63), №2, часть 3. Серия География. Симферополь, 2011.ст.292-297.
4. Mil düzü landşaftlarında səhralaşma prosesinin müasir vəziyyəti. Bakı Universitetinin Xəbərləri. Təbiət elmləri seriyası. 2011, №1. s. 229-240.
5. Kür çökəkliyində hidroloji rejimin dəyişməsinin səhralaşma prosesinə təsiri. XXI əsrin ekocoğrafi çağırışları və Azərbaycan // Bakı Dövlət Universiteti, məqalələr toplusu. Bakı, AzTU-nun mətbəəsi, 2011, s. 138-144.
6. Влияние эндогенных геолого-геоморфологических процессов на опустынивание ландшафтов территории Куринской впадины. Наукові Записки Сумського Державного Педагогічного Університету Им. А.С. Макаренка. ВВП «Мрія». 2014. Серія Географічні Науки, №5. ст.123-130. 
7. Influence of irrigated agriculture in the Kur-Araz lowland on desertification process. Canadian Journal of Education and Engineering. “Ottawa University Press”  2015. XII. №2. 161-168.
8. Kür çökəkliyi landşaftlarında suvarma əkinçiliyinin landşaftların səhralaşmasına təsiri. Coğrafiya: Nəzəriyyə, Praktika və İnnovasiya. // Bakı Dövlət Universiteti əsərlər toplusu. Bakı, 2015, s. 128-133. 
9. Kür çökəkliyi landşaftlarında səhralaşma prosesinin yaranmasına iqlim amillərinin təsiri. Bakı Universitetinin Xəbərləri. Təbiət elmləri seriyası.  2017. №3. s. 97-104. 
10. Современное состояние опустынивания ландшафтов низкогорий и предгорных наклонных равнин Куринской впадины. Вісника Харківського національного університету імені В.Н. Каразіна”. Серія Геологія. Географія. Екологія. 2018. №48. с. 133-142.
11. Kür çökəkliyi landşaftlarında səhralaşma prosesinin müasir vəziyyəti. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. Coğrafiya və təbii resurslar. 2018. №1. s. 49-54.
12. Current state of desertification of winter pastures in the Kura basin.    VI Международная научно-практическая конференции «Трансграничное сотрудничество в области экологической безопасности и охраны окружающей среды (Гомель, 2–3 июня 2022 г.) с. 308-312.