Qərbi Kaspi Universiteti

Müəllimlər

Psixologiya Məktəbi

Arzu Qədizadə

Müəllim

Etnopsixologiya, Klinik psixologiya, Xüsusi psixologiya, Yaradıcılıq və İmic psixologiyası, Şəxsiyyətlərarası münasibətlərin psixologiyası və s.

+994 12 565 39 77

arzu.qadizade@wcu.edu.az

Qədizadə Arzu Vaqif qızı 20 noyabr 1998-ci ildə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuşdur. Orta təhsilini 2005-2016-cı illərdə Bakı şəhəri 236 saylı tam orta məktəbdə almışdır. Bakalavr təhsilini 2016-2020-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Psixologiya ixtisası üzrə; Magistr təhsilini isə 2020-2022-ci illərdə Bakı Dövlət Universitetinin Klinik psixologiya ixtisası üzrə almışdır. 2018-2022-cu illərdə 1 saylı Psixiatrik xəstəxanada, Psixi sağlamlıq və Soul psixologiya mərkəzində, 2022- 2023ci ildə Respublika Klinik Xəstəxanasında, 2023-2024ci ildə Bakı Dövlət Universitetində; 2024-cü ildən bu günə qədər Qərbi Kaspi Universitetində ştat müəllimi olaraq fəaliyyət göstərir.