Dizayn Məktəbi
Əsli Abbasova
Azərbaycan Rəssamlar İttifaqın üzvü
İnteryerdə bədii layihələndirilmə, Dizayın kompozisiyanın əsasları, Layihə qrafikasının əsasları, rəngli kompozisiya və şriftlər, Kompüter layihələndirilməsi (3Ds Max/ Archicad), Fotodizayn, Arxitektonika
+994 12 492 74 18
esli.abbasova@wcu.edu.az
Əsli Abbasova Zeynalabdin qızı 10 sentyabr 1997-ci ildə Qazaxıstanda anadan olub.
2004-2015-ci illərdə Bakı şəhəri N.Rzayev adına 169 nömrəli tam orta məktəbdə təhsil alıb.
2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn və Memarlıq fakültəsinin Dizayn ixtisasının bakalavr pilləsinə gəbul olub. 2019-cı ildə Rəssamlıq Akademiyasının bakalavr pilləsini fərqlənmə ilə bitirib.
2016-ci ildə keçirilən FVTRİSMO ORA sərgisində iştirak etmişdir.
2017-ci ildə Xeyirə Vəsilə III xeyriyyə sərgisində iştirak etmişdir.
2019-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn və Memarlıq fakültəsinin İnteryer-dizayn ixtisasının magistr pilləsinə gəbul olub. 2021-ci ildə Rəssamlıq Akademiyasının magistr pilləsini fərqlənmə ilə bitirib.
2022-ci ildə 11Concept şirkətində İnteryer-dizayner vəzifəsində çalışıb.
2022-ci ilin sentyabr ayından Qərbi Kaspi Universitetinə Dizayn kafedrasının müəllimi vəzifəsinə qəbul olunub.