Qərbi Kaspi Universiteti

Müəllimlər

Siyasi və İctimai elmlər Məktəbi

Aygün Məmmədova

Tarix üzrə fəlsəfə doktoru

Numizmatika, Qafqaz xalqlarının numizmatikası

+994 12 565 39 77

aygun.mammadova.ponto@wcu.edu.az

Məmmədova Aygün Musa qızı 20 may 1979-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində dünyaya gəlmişdir.  1985-1995-ci illərdə Bakı şəhəri Yasamal rayonundakı 31 saylı orta məktəbdə orta təhsil almışdır. 1995-2000-ci illrədə Bakı İslam Universitetinin «İslamşünaslıq» fakültəsində ali təhsil alaraq «islamşünas-şəriət müəllimi» ixtisasına yiyələnib (diplom N 0405, 28 dekabr 2000-ci il).

1997-1998-ci illərdə AMEA N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində zal baxıcısı, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun «Numizmatika» söbəsində baş laborant, 2000-2001-ci illərdə Bakı Musiqi Akademiyasının elmi laboratoriyasında baş laborant, 2005-2006-cı illərdə elmi işçi olaraq çalışıb.  

2006-cı ildən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsində baş laborant, 2009-cu ildən kiçik elmi işçi, 2012-ci ildən elmi işçi çalışmışam. Hal-hazırda “Fondların uçotu və elmi təsnifatı” şöbəsinin böyük elmi işçisidir.   

2007-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin aspirantura pilləsinin “Arxeologiya” ixtisasına qəbul olunmuş, 2013-cü ildə əməkdar mədəniyyət işçisi, t.e.d., prof. Ə.M.Rəcəblinin elmi rəhbərliyi ilə “Ərəb Xilafəti dövründə Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür (FD 09295, 27 yanvar 2015-ci il).

Muzeydə çalışdığı müddətdə yeni muzey ekspozisiyasının təkmilləşməsi, sərgilərin qurulmasında, elmi-mədəni tədbirlərdə iştirak etmiş, yerli və xarici konfranslarda məruzələrlə çıxış etmişdir. Liviya (Tripoli), İordaniya (Əmman), Yaponiya (Tokio), Türkiyə (İstanbul, Kayseri), Rusiya (Moskva, Sankt-Peterburq, Volqoqrad və d.), Tatarstan (Bulqar), Qazaxstan (Nur Sultan), Özbəkistanda (Daşkənd) keçirilmiş bir sıra simpozium və konfranslarda iştirak etmiş, məqalələri nəşr edilmişdir.   

2020-ci ildən Qərbi Kaspi Universitetində saathesabı müəllim olaraq tədris edir.