Filologiya və Tərcümə Məktəbi

Aygün Səmədzadə
Müəllim
Linqvokulturologiya,Tələffüz və şifahi nitq vərdişləri
+994 12 492 74 18
ayhun.samadzada@wcu.edu.az
Səmədzadə Aygün Elman qızı 19 fevral 1983-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə Bakı şəhəri Səbayıl rayonu Eldar Məmmədov adına 189 saylı orta ümumtəhsil məktəbini bitirmişdir.
2002-ci ildə Qərbi Kaspi Universitetinin Filologiya (Xarici dil və ədəbiyyat - İngilis dili) fakültəsinə daxil olmuş, 2006-cı ildə bakalavr təhsilini bitirmişdir. Həmin ildə burada magistr təhsilini eyni ixtisas üzrə davam etdirmiş, 2008-ci ildə bitirmişdir.
2014-2018-ci illərdə“German dilçiliyi”ixtisası üzrə Qərbi Kaspi Universitetinin dissertantı olmuşdur.
2015-2016-cı illərdə universitetin təşkil etdiyi Erasmus Mundus EFFORT (Fəlsəfə doktoru) mübadilə proqramı ilə Polşanın Lodz Universitetində tədqiqat aparmışdır.
2019-cu ildən Qərbi Kaspi Universitetində müəllim vəzifəsində çalışır.