Dizayn Məktəbi

Aysu Əliyeva
Azərbaycan rəssamlar ittifaqının üzvü, Müəllim
Dizaynın əsasları, layihə qrafikası və rəngli kompozisiya, materialşünaslıq
+994 12 492 74 18
aysu.eliyeva@wcu.edu.az
Əliyeva Aysu Fərid qızı 2000-ci il 17 iyul tarixində Bakı şəhərində anadan olmuşdur. 8 saylı tam orta məktəbinin adından rəsm və rəngkarlıq əsərləri fərqli sərgilərə gondərilmişdir. 18 dekabr 2015-ci ildə Ümumdünya Miqrant Gününə həsr edilən “Mərhəmətlə dolu aləm” adlı rəsm müsabigəsində rəsm əsəri ilə iştirak etmişdir. 2016-ci ildə British Council tərəfindən təşkil edilən “İngilis dilində poeziya və nəsr üzrə bədii qiraət” müsabiqəsində 1-ci yerə layiq görülmüşdür. Məktəb yarışmasında Riyaziyyat fənnindən 1-ci yer qazanıb və diplomla fərqlənmişdir. 2017-2021-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Memarlıq və Dizayn” fakültəsində “Sənaye Dizayn” ixtisası üzrə bakalavr pilləsi və 2021-2023-ci illərdə “Sənaye və qrafik Dizayn” ixtisası üzrə magistr pilləsi üzrə təhsil alıb və fərglənmə diplomları ilə bitirib. 2018-ci ildə kompaniya çərçivəsində “Qarabağın səsi”adlı gənc rəssamların sərgisində “Müdafiəçi” əsəri ilə fərqlənmə diplomu ilə təltif olunub. Həmin ildə SABAH qruplarına daxil olub , 2021-ildə fərglənmə ilə bitirdi. 2019-cu ildə Almaniyada təşkil edilən, Xocalı soyqırımı faciəsinə həsr olunmuş sərgidə “Ana” əsəri təqdim olunub. Həmin ildə SABAH qrupların London şəhərində keçirilən sərgisində “Prince’s School Of Traditional Art” tərəfindən marketri və miniatür əsərləri sərgilənmişdir və “The Prince’s Foundation”-a hədiyyə olunmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiya tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində “2-ci Beynəlxalq Yay Məktəbi”də uğurla iştirak edib və sertifikatla təltif oldu. 2021-ci ildə “Nizami və Şıller” adlı Dizayn Müsabiqəsinda öz əsəri ilə iştirak etmişdir və diplomla fərglənmişdi. 2022-ci ildə Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycanda nümayəndəliyi İWS Azerbaijan və Xətai sənət mərkəzi nəzdində olan İWS KHATAI CENTER təşkilatçılığı ilə keçirilən “Su və rəng ahəngi -2022” akvarel sərgisində iştirak etdiyinə görə sertifikatla təltif olundu. 2024 ildə “Azərbaycan Rəssamlar İttifaqı İB” Gənc Rəssamlar Birliyinin Üzvünə daxil olub. 2023 ildən Qərbi Kaspi Universitetində ştat müəllim vəzifəsində fəaliyyət göstərir.