Siyasi və İctimai elmlər Məktəbi

Bilal Əlizadə
f.ü.f.d, dosent
Fəlsəfə, Tarixin fəlsəfəsi, Sosial fəlsəfə, Multikultralizmə giriş
+994 12 492 74 18
bilal.elizade@wcu.edu.az
Bilal Əlizadə 01 sentyabr 1958-ci ildə Cəlilabad rayonun Allar kəndində anadan olub.
1976-1980-ci illərdə indidki Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil alıb. 1987-1990-cı illərdə Bakı Dövlət Universitetində “Fəlsəfə” ixtisası üzrə əyani aspirantura, 1990-cı il may ayında Bakı Dövlət Universitetində ixtisaslaşdırılmış Elmi Şurada “İstehsal kollektivinin peşə-ixtisas strukturivi təkmilləşdirilməsinin ziddiyyətləri” mövzusunda fəlsəfə doktoru elmi adı alıb. 2006- cı ildən Ali Attestasiya Komissiyasının qərarı ilə “dosent” elmi adı verilibdir.
Bu günədək 50-dən çox məqalə, metodik vəsait və proqramların müəllifidir. Xaricdə 2 məqalə nəşr olunub.Yerli və respublika əhəmiyyətli konfranslarda iştirak etmişdir. “Tarix fəlsəfəsi” dərs vəsaitinin müəllifidir.
2024-cü ilin yanvarından Qərbi Kaspi Universitetinin “Fəlsəfə” kafedrasında kafedra müdiri vəzifəsində çalışır.
Tədris istiqaməti: Fəlsəfə, Tarixin fəlsəfəsi, Sosial fəlsəfə, Multikultralizmə giriş.