Qərbi Kaspi Universiteti

Müəllimlər

Psixologiya Məktəbi

Billurə Babayeva

Müəllim

+994 12 565 39 77

billure.babayeva.2024@wcu.edu.az

Mən Billurə Babayevaa 1991-ci ildə Zaqatala şəhərində doğulmuşam. 2008-ci ildə  oxuduğum məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Psixologiya fakultəsinə daxil olmuşam və 2012-ci ildə də bu universiteti bitirmişəm. Üçüncü kursdan işləməyə başlamışam, 4-cü kursda oxuduğum zaman Fridun bəy Köçərli adına Respublika uşaq kitabxanasında psixoloq olaraq işləmişəm. Kitab götürmək üçün gələn valideynlərə yaşa uyğun olaraq hansı kitabların uşaqlarda kitaba maraq yaradacağını və faydalı olacağı haqda maarifləndirmək, gələn uşaqlarla oxuduğu kitabların müzakirəsini edərək onların tənqidi təfəkkürünün inkişafına kömək etmişəm.

Daha sonra Zaqatalada Əliabad qəsəbəsində 3 saylı tam orta məktəbdə psixoloq vəzifəsində 6 il işləməklə bərabər yeniyetmə və  böyüklərlə fərdi seanslar, qrup terapiyaları aparmışam.  Bakıya ixtisasımı daha dərindən öyrənmək məqsədi ilə gəlib 2021-2023~cü illərdə Qərbi-Kaspi Universitetində Klinik psixologiya üzrə  təhsil almışam və hazırda həmin universitetin müəllimi olaraq fəaliyyətimə davam edirəm.

Klinik psixologiya təhsili alarkən 3 saylı Zəngilan məktəbində psixoloq vəzifəsində işləmişəm. 2015-ci ildə on gün və  2022-ci ildə 3 ay psixiatr yanında təcrübə keçmişəm. 2022-ci ildə 4 ay narkoloji dispanserdə narkotikdən əziyyət çəkən insanlarla konsultasiya aparmışam. Fərqli psixoloji mərkəzlərdə psixoloq olaraq fəaliyyət göstərmişəm. 2019-cu ildən bəri isə psixoloji seanslara online davam etməyə başladım. Hal hazırda hər ikisinin tətbiqi mümkündür. Psixoloji seanslardan əlavə thetahealing seanslarını da tətbiq etməkdəyəm. Iki məqaləm isə çapa verilmişdir.