Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Dilarə Tağıyeva

Müəllim

+994 12 565 39 74

dilare.tagiyeva@wcu.edu.az

İKT - Əməliyyat sistemləri, Proqramlaşdırmanın əsasları, Sistem layihələndirilməsi, Tətbiqi proqram paketi

 

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

1994-1998-ci illərdə Azərbaycan Texniki Universitetinin “İnformatika və hesablama texnikası” ixtisasının “Hesablama texnikasının və avtomatik sistemlərin proqram təminatı” istiqaməti üzrə bakalavr dərəcəsini almışdır. 2021-2023-cü illərdə Azərbaycan Texniki universitetinin Kompüter elmləri ixtisasının “Optimal idarəetmənin riyazi-iqtisadi üsulları” ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi almışdır.

1994-cü ildə “AzİnMAŞ” ASC-nin Laboratoriya Z1, 4-cü dərəcəli texnik vəzifəsində çalışmışdır.

1997-2000-ci illərdə “Siren” sahələr arası EİM-də mühəndis-proqramçı vəzifəsində çalışmışdır.

2000-2001-ci illərdə Bakı Kompüter Litseyində istehsalat təlimi ustası, 2001-2004-cü illərdə Bakı Kompüter Kollecində kadrlar işi üzrə mütəxəssis, 2004-cü ildə müəllim, 2005-2014-cü illərdə isə həmin kollecdə istehsalat təcrübəsinin rəhbəri vəzifəsində çalışmışdır.

2016-ci ildən indiyədək ADNSU-nin nəzdində Sənaye və Texnologiyalar Kollecində “Əməliyyat sistemləri”, “Kompüter şəbəkələri” və “Verilənlər bazası” fənnləri üzrə müəllim vəzifəsində işləyir.

2024-cü ildən indiyədək Qərbi Kaspi Universitetində “Əməliyyat sistemləri”, “Sistem layihələndirilməsi”, “Proqramlaşdırmanın əsasları” və “Tətbiqi proqram paketi” fənnləri üzrə əvəzçi müəllim vəzifəndə çalışır.

2 məqalənin müəllifidir.