Qərbi Kaspi Universiteti

Müəllimlər

Dizayn Məktəbi

Elçin Əliyev

s.ü.e.d, prof, Az. Memarlar və dizaynerlər İttifaqın üzvü

S/F Dizaynda layihələndirmənin ekoloji aspektləri

+994 12 565 39 74

elchin.aliyev@wcu.edu.az

Azərbaycan Memarlar İttifaqının üzvü

Azərbaycan Dizaynerlər İttifaqının üzvü

Akademik fəaliyyətinin istiqamətləri:

Memarlıq

Dizayn

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Elçin Tofiq oğlu Əliyev 1967-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur.

1989-cu ildə fərqlənmə diplomu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakultəsini bitirmişdir.

1987-ci ildə S.V.S.T.- də (Slovakiya Ali Texniki Məktəbi) istehsalat təcrübəsi keçmişdir.

1988-ci ildən Sovet İttifaqının süqutuna qədər Ümumittifaq Gənc Memarlar cəmiyyətinin Zaqafqaziya şöbəsinin Sədri olmuşdur.

1989-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.

1994-cü ildən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvüdür.

1998-ci ildə memarlıq üzrə Namizədlik dissertasiyasını müdafiə etmişdir.

2014-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmişdir.

Otuz illik professional fəaliyyəti zamanı 70-dən çox memarlıq və dizayner layihələrini yaratmış və həyata keçirtmişdir. E.T.Əliyevin layihələri Rusiya, İran, ABŞ, Türkiyə, Fransa, Almaniya, Gürcüstan kimi ölkələrin müxtəlif mükafatları və diplomları ilə təltif edilmişdir.

Dəfələrlə Azərbaycan Memarlar İttifaqı tərəfindən ölkənin ən yaxşı memarı adına layiq görülmüşdür və Azərbaycan Memarlar İttifaqının «Qızıl şərəf nişanı» ilə təltif edilmişdir.

Bakıda yerləşən Jen-Mironosits Kafedral Kilsənin bərpası layihəsinə görə Rusiyanın Pravoslav Kilsəsi tərəfindən «Müqəddəs Sergiy Radonejskiy» ordeni ilə mükafatlandırılmışdır.

2016-ci ildə E.T.Əliyevin layihəsi əsasında Zirə kəndində Aydın Qurbanovun xatirəsinə oğlu Səməd Qurbanov tərəfindən Cümə məscidi tikilmişdir.

Həmçinin, müxtəlif ölkələrin Memarlar və Dizaynerlər İttifaqlarının, Memarlar İttifaqlarıının Beynəlxalq Assosiasiyasının, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Azərbaycan Mədəniyyət Nazirliyinin və bir çox dövlət, özəl və beynəlxalq təşkilatların diplom, təşəkkürnamə və fəxri fərmanları ilə təltif edilmişdir.

2012-ci ildən 2017-ci ilə qədər Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışıb.

2014-ci ildən Beynəlxalq Memarlar İttifaqının Gənclərlə iş üzrə Komissiyasının üzvüdür.

2015-ci ildən Qərbi Kaspi Universitetində çalışır.

Hal-hazırda Bakı Memarlıq Klubunun Prezidenti vəzifəsində çalışır.

Memarlıq, dizayn və şəhərsalma sahəsində 14 kitab və 90 elmi məqalənin müəllifidir.

E.T.Əliyevin müəllifi olduğu iki nəşr: «Məkanların Astanasında. Bakı tarixini yazan qapılar. 1867-1913» və «Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri» Heydər Əliyev Fondu tərəfindən çap olunub. Digər kitab isə, «Konstruktivizm dövrü. XX əsrin 1920-1930-cu illərinin Bakı memarlığı», Azərbaycan Respublikası Prezidentinin sərəncami əsasında Dövlət proqramı çərçivəsində çap olunub.