Siyasi və İctimai elmlər Məktəbi

Günay Həsənova
Tarix üzrə fəlsəfə doktoru
+994 12 565 39 77
gunay.hesenova@wcu.edu.az
Günay Çapay qızı Həsənova orta təhsilini 1989-2000-ci ilərdə Tovuz rayonu Düz Qırıqlı kənd orta məktəbində təhsil almışdır. 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakultəsini bakalavr, 2006-2008-ci illərdə magistratura pilləsini Fərqlənmə Diplomu ilə bitirmişdir. 2008-2011-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda doktorantura pilləsi üzrə təhsil alaraq, 2014-cü ildə tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
2008-ci ildə Azərbaycan İstiqlal Muzeyində elmi işçi, 2008-2019-cu illərdə ədliyyə orqanlarında böyük inspektor və şöbə rəisi, 2019-2021-ci illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda baş mütəxəssis, 2021-2022-ci ilərdə Qərbi Kaspi Universitetində şöbə müdiri vəzifələrində çalışmışdır. Hal-hazırda Qərbi Kaspi Universitetində Tarix kafedrasında müəllim kimi fəaliyyətini davam etdirir.
Dissertasiya mövzusu: “Azərbaycan xalqının məişət mədəniyyəti” etnoqrafik araşdırma.
“Azərbaycanın ənənəvi məişət mədəniyyəti” adlı monoqrafiyanın, “Etnoqrafiyanın əsasları”, “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və tarixşünaslığı”, “Tarixin tədrisi və tədqiqində muzeylərin rolu” adlı fənn proqramlarının müəllifidir.
Tədris istiqaməti:
Etnoqrafiyanın əsasları, Qafqaz xalqlarının etnoqrafiyası, Azərbaycan tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və tarixşünaslığı, Tarixin tədrisi və tədqiqində muzeylərin rolu,
Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyinin təsisçisi və sədridir.