Qərbi Kaspi Universiteti

Müəllimlər

Dizayn Məktəbi

Günel Əsgərzadə

Müəllim

Komputer qrafikası, qrafik dizayn, vizual kommunikasiya, komputer layihələndirilməsi, qrafik dizaynda layihələndirmə

+994 12 492 74 18

gunel.esgerzade@wcu.edu.az

Mənim adım Günel Əskərzadə Zəfər qızı, 3 avqust 1982-ci ildə Bakı şəhərində anadan olmuşam. Təhsilimi 17 nömrəli məktəbdə başlamışam və erkən yaşlardan etibarən təhsilə və incəsənətdə böyük marağım olub. Məktəbi bitirdikdən sonra 1999 ildə Qərb Universitetinə Dizayn fakultəsinə qəbul oldum. Burada bakalavr təhsili aldım, sonra isə həmin universitetində magistratura üzrə təhsilimi davam etdirərək biliklərimi daha da dərinləşdirdim.

Peşəkar yolum çox şaxəli olub. Mən müxtəlif sahələrdə işlədim, o cümlədən dizayn və ingilis dili tədrisi sahələrində. Bu sahələrdə tədris etməyin mənə böyük məmnuniyyət verdiyini deyə bilərəm. Tədris sahəsində təcrübəm 8 ildən çoxdur və tələbələrə yaradıcılıq və dil bacarıqlarını inkişaf etdirməkdə yardımçı olmaq mənə çox həzz verir.

Bundan əlavə, 10 ildən çox müddət ərzində çap şirkətində çalışdım və dizayn və çap istehsalı sahəsində qiymətli təcrübə qazandım. Bu dövr karyeramın mühüm bir hissəsi oldu və dinamik və yaradıcı mühitdə işləyərkən çox şey öyrəndim.

Həmçinin portret fotosu çəkilişi ilə məşğulam. Bu, mənim həvəsimdir və bu sahədə daim özümü inkişaf etdirərək unikal şəkillər yaratmağa və emosional və gözəl anları əbədiləşdirməyə çalışıram.

Həyatım daim inkişaf və yeni imkanlar axtarışı ilə bağlıdır və öz maraqlarımı peşəkar fəaliyyətimlə birləşdirməyimdən fəxr edirəm.