Qərbi Kaspi Universiteti

Müəllimlər

Biznes və idarəetmə Məktəbi

Həsən Rəhimli

Müəllim

Siyasi iqtisadiyyat, İqtisadiyyat fəlsəfəsi və siyasi fəlsəfə

+994 12 565 39 77

hesen.rehimli@wcu.edu.az

1993-cü ildə Lənkəranda anadan olub. UNEC-i fərqlənmə diplomu ilə bitirmiş və hazırda LDU-da iqtisadiyyat üzrə fəlsəfə doktorluğu proqramında doktorantura təhsili alır. Yerli və xarici universitetlərdə siyasi iqtisadiyyat, fəlsəfə və psixologiya üzrə əlavə təhsil almışdır. Davranış iqtisadiyyatı (İstanbul Universiteti) və iqtisadi (siyasi) fəlsəfə (Harvard (onlayn) Universiteti) üzrə beynəlxalq sertifikata sahibdir. Bir neçə universitetdə (Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Universiteti, Qərb Universiteti, UNEC) müəllim vəzifəsində çalışmışdır. Əsas elmi maraq dairəsinə siyasi iqtisadiyyat, davranış iqtisadiyyatı (iqtisadi psixologiya), institusional iqtisadiyyat, beynəlxalq iqtisadiyyatın siyasi, fəlsəfi və etik (əxlaqi) problemləri daxildir. İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin (KOBİM) “iqtisadi analiz və antikorrupsiya” üzrə eksperti olmuşdur. Hal-hazırda bir neçə universitetdə və İqtisadiyyat Nazirliyi İETİ-də elmi tədqiqatçı olaraq çalışır. 2017-ci ildən müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarında iqtisadi, fəlsəfi və psixoloji mövzular üzrə peşəkar təlimçi kimi fəaliyyət göstərmişdir. Əsasən distant formada siyasi iqtisadiyyat (Leiden Universiteti), siyasi fəlsəfə (Yel Universiteti), davranış maliyyəsi (Yel Universiteti), neyroiqtisadiyyat (“Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti), makroiqtisadi analiz (BVF), universitetlər və ali təhsil siyasəti (AİB İnstitutu), çirkli pulların yuyulmasına qarşı mübarizə (AR MMX), antikorrupsiya (BMTNCİ), yoxsulluq və bərabərsizlik (BMT-nin DİM Akademiyası), insan alverinə qarşı mübarizə (Polaris Layihəsi), sosial psixologiya (Loqos PNİM), biznes etikası və əxlaq fəlsəfəsi (Cenevrə Universiteti) üzrə beynəlxalq ixtisasartırma kurslarını bitirmişdir. Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Dövlət Məşğulluq Agentliyinin və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin müxtəlif layihələrinin eksperti olmuşdur. Yüzdən çox elmi seminar və konfransda məruzəçi kimi çıxış etmişdir. Yerli və beynəlxalq elmi jurnallarda çap olunmuş 10-dan çox elmi məqalə və tezisin müəllifidir. Dünya Bankının Azərbaycan üzrə işçi qrupunun üzvüdür. Həmçinin iqtisadi-siyasi beyin mərkəzi olan İqtisadi Təhlil İnstitutunun tədqiqatçısı və sədr müavinidir.