Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Könül Əhmədova
Müəllim
Onurğalılar zoologiyası.Onurgasız heyvanlar. Zoologiya. Onurgasız heyvanların yetişdirilməsi.
+994 12 565 39 74
konul.akhmedova@wcu.edu.az
Əhmədova Könül Yaşar qızı 30 dekabr 1981-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1989-1999-cu illərdə Bakı şəhəri, Nərimanov rayonu 39 saylı orta məktəbdə oxumuşdur. 2000-2005-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Biologiya ixtisası üzrə bakalavr, 2006-2009-cu illərdə Bakı Dövlət Universitetində Onurğasızlar zoologiyası ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2005-2018-ci illərdə AMEA Zoologiya İnstitutunda “Hidrobiologiya” laboratoriyasında laborant, baş laborant, elmi işçi, Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2009-cu ildə Bakı Dövlət Universitetin magistratura pilləsini bitirmiş, hazırda Türkiyə Respublikasının Fırat Universitetinin doktorantıdır. 6 fənn proqramı və 30-dan artıq məqalə və tezislərin müəllifidir. 01 sentyabr 2018-ci il tarixindən Qərbi Kaspi Universitetində Təbiət elmləri kafedrasının müəllimidir.
Tədris istiqaməti: Bioloji elmlər