Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Leyla Cavadova
Kimya elmlər namizədi, Müəllim
994 12 565 39 74
leyla.cavadova.2024@wcu.edu.az
Cavadova Leyla Ağacavad qızı 29 aprel 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Bakı şəhəri 13 nömrəli orta məktəbi bitirmiş və həmin il Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olmuşdur. 1994-cü ildə universiteti kimyaçı ixtisası üzrə bitirmişdir.
1994-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1999-cu ildə Bakı Dövlət Universitetinin əyani aspiranturasına daxil olmuş və elmi fəaliyyətini davam etdirmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Hal-hazırda Qərbi Kaspi Universitetinin Ekologiya və Ətraf Mühit kafedrasında müəllim vəzifəsində çalışır.