İqtisadiyyat və Biznes Məktəbi
Məmmədrzayev Məmmədəli
Müəllim
Statistika, Kommersiyanın əsasları, Audit, Beynəlxalq kommersiya işi, Biznes Statistika
+994 12 565 39 77
mamed.mamedrzayev@wcu.edu.az
Mən Məmmədrzayev Məmmədəli Məmmədsaleh oğlu 1955-ci il 15 noyabr Bakı şəhərində anadan olmuşam. 1963-1973-cü illərdə Yasamal rayonu 158 saylı orta məktəbdə orta təhsil almışam. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşam. 1977-ci ildə həmin institutunun maliyyə-statistika fakültəsini bitirmişəm. 1973-cü ilin avqustundan 1981-ci ilin sentyabrına qədər Mərkəzi Statistika İdarəsində iqtisadçı,baş iqtisadçı vəzifələrində çalışmışam.
1981-ci ilin sentyabrından 1984-cü ilin iyununa qədər oktyabr (indiki Yasamal)rayon komsomol komitəsində təlimatçı, baş təlimatçı vəzifəsində işləmişəm. 1984-cü ilin iyunundan 2000-ci ilin sebtyabr ayınadək keçmiş Bakı Sovet Ticarəti rüxnikumunda həmkarlar ittifaqının sədri, müəllim, tədris işləri üzrə direktorun müavini işləmişəm. 2000-ci ildə texnikum Bakı İdarəetmə və Texnologiya kollecinə birləşmiş və mən 2018-ci ilə qədər bu kollecdə müəllim kimi fəaliyyət göstərmişəm.
Sentyabr 2018-ci ildən Qərbi Kaspi Universitetində ştat müəllimi kimi çalışıram.
Müxtəlif illərə kimi Dövlət İqtisad Universitetində,həmçinin Əmək və Sosial Münasibətlər Akademiyasında saat hesabı dərs demişəm. Tədris etdiyim fənnlər “Statistika və “Kommersiyanın əsasları”dır.