İqtisadiyyat və Biznes Məktəbi
Mansur Mədətov
İqtisad elmləri üzrə fəlsəfə doktoru
Mikroiqtisadiyyat, Makroiqtisadiyyat, Azərbaycanın dünyaya iqtisadi inteqrasiyası
+994 12 565 39 77
mansur.medetov@wcu.edu.az
Mədətov Mansur Akif oğlu 12 yanvar 1976-cı il Ağdaş şəhərində anadan olmuşdur. 1983-1993-cü illər BDU-nun nəzdində fizika, riyaziyyat və informatika təmayüllü litseydə orta təhsil almışdır. 1993-1997-ci illər Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr təhsili almışdır. 1997-1999-cu illər isə burada magistr təhsilini davam etdirmişdir (Elmi işin adı: “Azərbaycanda neft kontraktlarının rolu və xüsusiyyətləri”). 2000-2003 Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikintinin iqtisadiyyatı fakültəsinin İnşaatın iqtisadiyyatı kafedrasında aspirant olmuşdur. 2007-ci ildə “Daxili bazar, onun formalaşması və qorunması problemləri” elmi işini uğurla müdafiə edərək iqtisad elmləri namizədi adı almışdır. AMEA-nın İqtisadiyyat İnstitutunun doktorantıdır. “İnsan kapitalından istifadənin iqtisadi səmərəliliyinin ölçülməsi və yaxşılaşdırılması” mövzusunda yazdığı doktorluq dissetasiyası müzakirə üçün təqdim edilmişdir. 1998-2007-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində mühasib, 2007-2021-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət Komitəsində ekspert, 2021-ci ildən isə Bakı Biznes Universitetinin İqtisadi nəzəriyyə kafedrasının müəllimidir.
Hazırda Qərbi Kaspi Universitetinin Ümumi iqtisadiyyat kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.
nəşr olunmuş monoqrafiya:
- Ümumdünya Ticarət Təşkilatı və daxili bazarın qorunması. Bakı 2008. 148 s.
Web of science indekslənmiş nüfuzlu elmi jurnallarda məqalə nəşrləri:
- Measuring the effectiveness of investment in education. Proceedıngs of the 7-th International Conference on Control and optımızatıon wıth ındustrıal applıcatıons. Volume I. 26-28 August, Baku, 2020. p. 236-238.
- Problems of measuring human capital. Proceedıngs of the 7-th International Conference on Control and optımızatıon wıth ındustrıal applıcatıons. Volume II. 26-28 August, Baku, 2020. p. 224-226.
Digər elmi jurnallarda nəşrlər
- İnsan kapitalı inkişaf amili kimi. Beynəlxalq hüquq və inteqrasiya problemləri. Elmi-analitik və praktiki jurnal. № 1 (41). Bakı 2015. s. 185-189.
- İnsan kapitalı konsepsiyasının formalaşmasına yanaşmalara dair. Tikintinin iqtisadiyyatı və menecment. Elmi-praktiki jurnal. № 1. Bakı 2016. s. 42-48.
- Человеческий капитал в системе образования. Наука и бизнес: пути развития. Научно-практический журнал. № 11(65). Москва 2016. с. 46-49.
- İnsan kapitalı konsepsiyasının yaradılması və onun kəmiyyət qiymətləndirilməsinə yanaşmaların təhlili. Azərbaycanın vergi jurnalı. Beynəlxalq resenziyalı elmi jurnal. № 1 (133). Bakı 2017. s. 113-126.
- İş qüvvəsinin təkrar istehsalına baxışlara dair. Audit. № 2. Bakı 2017. s. 82-91.
- İnsan kapitalı və onun əhalinin gəlirlərinin artımına təsirinin qiymətləndirilməsi. Kooperasiya. Elmi-praktiki jurnal. № 4 (47). Bakı 2017. s. 101-110.
- Methods of Measurement and Evaluation of Human Capital. Евразийский Союз Ученых (ЕСУ). Ежемесячный научный журнал. № 12(45) / Москва 2017. 2 часть. c. 13-15.
- İnsan kapitalının ölçülməsinə dair yanaşmaların analizi. İnformasiya cəmiyyəti problemləri. Bakı, 2018, № 2. s. 41-51.
- Contradiction in the measurement of human capital. International law and integration problems (Scientific-Analytical journal). Baku, № 1 (53) 2018. p. 33-37.
- Əhali gəlirlərinin diferensiasiyası amillərinin təhlili. Kooperasiya. Elmi-praktiki jurnal. № 3 (50). Bakı 2018. s. 122-128.
- İnsan kapitalı və gəlirlərin bölgüsü problemi. Audit. Elmi-praktiki jurnal. Cild 19, № 2. Bakı 2018. s. 39-48.
- İnsan kapitalının iqtisadi səmərəliliyinin yaxşılaşdırılması. Geostrategiya. Aylıq ictimai-siyasi, elmi-populyar jurnal. № 01 (49) yanvar-fevral 2019. s. 38-41.
- İnsan kapitalının formalaşmasında ailənin rolu. Kooperasiya. Elmi-praktiki jurnal. № 1 (52). Bakı 2019. s. 133-140.
- İnsan kapitalının səmərəliliyi ilə iqtisadi artım arasında qarşılıqlı əlaqə. Audit. Elmi-praktiki jurnal. Cild 23, № 1. Bakı 2019. s. 58-71.
- İnsan kapitalının inkişafına təsir edən amillər: nəzəri yanaşmalar (müzakirə təriqilə). Azərbaycan neft təsərrüfatı. № 6-7. Bakı 2019. s. 70-78.
Konfranslarda iştirak:
- İnsan kapitalının qiymətləndirilməsinə yanaşmalar. Görkəmli iqtisadçı alim, i.e.d., prof., dövlət mükafatı laureatı Şamil Əliabbas oğlu Səmədzadənin 80 illiyinə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunda innovasiya fəaliyyətinin genişləndirilməsi” mövzusunda respublika elmi konfransının materialları. Bakı 2016. s. 266-268
- İşçilərin təhsil səviyyəsinin ÜDM istehsalına təsirinin qiymətləndirilməsi. Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: Hesabatlılıq və şəffaflıq problemləri (beynəlxalq elmi-praktik konfrans). Bakı, 21-23 sentyabr 2017-ci il. s. 290-291.
- İnsan kapitalına “ailə” investisiyalarının təhlili. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları. Bakı 2018. s. 796-800.
- The relationship between human capital and economic growth. V Международная Конференция «Инновации в современной науке». г. Киев, 29 июня 2019 года. c. 28-37.
- Человеческий капитал и экономическая эффективность. “EurasiaScience” XXXV Международная научно-практическая конференция. г. Москва, 15 февралья 2021 года. с. 204-206.