Qərbi Kaspi Universiteti

Müəllimlər

Biznes və idarəetmə Məktəbi

Natiq Mirzəyev

Biznes və idarəetmə Məktəbinin dekanı, dosent, İ.ü.f.d

Investisiyaların idarə edilməsi, Sahibkarlıq, Maliyyə menecmenti

+994 12 565 39 77

natiq.mirzeyev.2024@wcu.edu.az

Mirzəyev Natiq Sərhad oğlu 25 avqust 1971-ci il tarixində Lənkəran rayonunun Girdəni kəndində anadan olmuşdur. 1988-ci ildə Girdəni kənd orta məktəbini bitirib, K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının “ASK sahələrinin iqtisadiyyatı, təşkili və idarə edilməsi” ixtisasına daxil olmuşdur. 1994-cü ildə ali məktəbi bitirib, iqtisadçı-təşkilatçı ixtisası almışdır.

1995-ci ildən Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışmışdır.

2015-ci ildə “Taxılçılığın inkişafında sahibkarlıq subyektlərinin rolunun artırılması” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi və 2018-ci ildə tarixində dosent elmi adı almışdır. 2024-cü ildən Ürgənc RANCH Texnologiya Universitetinin (Özbəkistan) Fəxri professorudur. Hal-hazırda “Aqrar sahədə sahibkarlığın iqtisadi səmərəliliyinin və sosial məsuliyyətinin artırılması istiqamətləri” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.

5 monoqrafiya, 1 dərslik, 2 dərs vəsaiti, 2 metodik vəsait, 11 fənn proqramı və 138 məqalə və tezislərin müəllifidir. Məqalələri Polşa, Rusiya, Türkiyə, Latviya, Litva, Belorusiya, Özbəkistan, Qazaxıstan, Ukraynanın elmi jurnallarında dərc olunmuşdur.

Bir çox məqalələri SCOPUS və Wos (Web of Science) indeksli jurnallarda nəşr edilmişdir. 

Polşa, Latviya və Litva universitetlərinin birgə təsis etdikləri “Baltic surveying”, Swami Vivekananda Qlobal Akademiyasının (Hindistan) təsis etdiyi International Journal of Advances in Business and Management Research (IJABMR), Linkoln Universiteti Kollecinn (Malayziya) təsis etdiyi International Journal on Recent Trends in Business and Tourism (IJRTBT) Beynəlxalq elmi jurnallarının, Samara Dövlət İqtisad Universitetinin (Rusiya Federasiyası)  “Вестник Самарского государственного экономического университета” və Ukrayna Milli Aqrar Elmlər Akademiyasının İqlim Yönümlü Kənd Təsərrüfatı İnstitutunun (Ukrayna) Аграрні інновації” elmi jurnallarının redaksiya heyətinin üzvüdür.

Hal-hazırda Qərbi Kaspi Universitetində “Biznes və idarəetmə” Məktəbinin dekanı vəzifəsində çalışır.