Qərbi Kaspi Universiteti

Müəllimlər

İqtisadiyyat və Biznes Məktəbi

Nizami Xudiyev

Professor, İqtisad elmlər doktoru

Sığorta işi, Dövlət maliyyə Büdcə sistemi,Vergi sistemi

+994 12 565 39 77

nizami.xudiyev@wcu.edu.az

D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu  “maliyyə-kredit” ixtisası üzrə 1982- ci ildə fərqlənmə diplomu bitirmişdir . 1985-88-ci illərdə Az.XTİ-nin maliyyə-kredit ixtisası üzrə əyani aspirantı  olmuşdur. 1988-ci ildə Lelinqrad şəhərində (indiki S-Peterburq) «Государственное страхование в системе АПК» mövzusunda “maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmiş və 1989-cu ildə iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
 Pedaqoji fəaliyyətə 1989-cu ildə N.A. Voznesenski adına Lelinqrad Maliyyə İqtisad Universitetinin Bakı filialının “Maliyyə” kafedrasında RF Təhsil Nazirliyinin gənc mütəxəssis təyinatı əsasında asssistent kimi başlamışdır.. Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə” kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır.
 2010-cu ildə “Azərbaycan milli sığorta bazarının formalaşması  şəraitində sığorta resurslarının idarə edilməsi” mövzusunda  doktorluq dissertasiyasını müdafiə etmişdir. AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2011-ci ildə iqtisad elmləri doktoru elmi dərəcəsinə, 2017-ci ildən isə professor elmi adına layiq görülmüşdür. Azərbaycanda azərbaycan dilində yazılmış ilk sığorta kitabının müəllifidir. N.Xudiyevin “Sığorta fənni” üzrə multimedia dərslərini www.edu.cbar.az saytının Sığorta kursu bölməsində izləmək olar.
          Onun  maliyyə, sığorta məsələlərinə dair 100-dən çox elmi əsəri, o cümlədən, 3 dərslik, 2 dərs vəsaiti, 2 metodiki göstəriş, 12 fənn üzrə proqramı, 3 monoqrafiya  və onlarlarla elmi məqaləsi (ölkədə və xaricdə) dərc edilmişdir . Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodiki Şurasının, Dissertasiya Şurasının  üzvüdür. 
Elm və tədris üzrə  bəzi əsərlərinin siyahısı

  • Вопросы глобализации национальных страховых рынков в СНГ. Журнал «Финансы», Москва, 2004, № 2.
  • Перспективы и пути реформирования олигополистической модели страховых рынков в СНГ. Журнал Финансы. Москва. 2013 №3 
  • Xarici investisiyaların artırilması üzrə Sinqapur modelinin Azərbaycanda qeyri neft sektoruna investisiyaların artırılması ücün praktik istiqamətləri Bakı Dövlət Universitetinin Xəbərləri. Sosial siyasi elmlər seriyası. Bakı N 3 2019. Səh. 75-84
  • İnternational experience on insurance of formsfrom export risks: existingproblems perspektives in Azerbaijan. 55TH İNTERNATİONAL Scientific Confrance on Economicic AND Sosial Development. Baku 18-19 june 2020.
  • Current status and socio- ekonomic aspekts of the agricultural insurance system in Azerbaijan70TH İNTERNATİONAL Scientific Confrance on Economicic AND Sosial Development. Baku 25-26 june 2021 p271-276
  • .XXİ əsrin ortalarına doğru Qarabağ iqtisadi rayonunun maliyyə potensialının substantiv elmi empirik ssenarisi. Qarabağda yeni iqtisadiyyat quruculuğu Ağdamdan inkişaf impulsları. İ Elmi praktiki konfrans.Ağdam-Bakı. 16-17 sentyabr 2021-ci il.
  • Sığorta işinin təşkili. Bakalavr pilləsi üçün fənn proqramı. AR Təhsil nazirinin 07.04.2011 il tarixli 545 saylı əmri ilə qrif verilmişdir. Bakı. 2011
  • Sığorta işinin nəzəri və təcrübi problemləri. Magistratura pilləsi üçün fənn proqramı. AR Təhsil nazirinin 30.12.2011 il tarixli 2210 saylı əmri ilə təsdiq edilmişdir. Bakı. 2012
  • Sığortanın əsasları Fənn üzrə dərs vəsaiti. ADİU-nun nəşriyyatı. AR Təhsil Nazirliyinin 09 iyul 2014-cü il tarixli 790 saylı əmri ilə təsdiq edilmişdir. Bakı. 2015,118 səh.
  • Sığorta işi :Müasir kurs  Dərslik. ADİU-nun nəşriyyatı. AR Təhsil Nazirliyinin 09 iyul 2014-cü il tarixli 790 saylı əmri ilə təsdiq edilmişdir. Bakı. 2015. 462 səh.
  • Sığorta işi. Ali məktəblər üçün  dərslik. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.02.2018-ci il tarixli  F-121 № əmri ilə  təsdiq edilmişdir. Bakı 2018 ci il.416 səh. 26,0 ç.v
  • Dövlət sığortası və sığorta münasibətlərinin təkmilləşdirilməsi. Monoqrafiya, Bakı, “Azərnəşr”, 1993.
  • Kommersiya banklarında kredit resurslarının təşkili və kredit risklərinin sığortası Monoqrafiya. Bakı, “Azərnəşr”, 2000.
  • Sığorta işi: sığortaçının maliyyə potensialı və sığorta resurslarının idarəedilməsi. Monoqrafiya. Bakı, “Azərnəşr”, 2003.