Qərbi Kaspi Universiteti

Müəllimlər

İctimai Elmlər məktəbi

Piri Axundov

Fəlsəfə üzrə fəlsəfə doktoru

+994 12 565 39 77

piri.axundov@wcu.edu.az

Axundov Piri Fərhad oğlu 06 oktyabr 1979-cu ildə Salyan rayonunda anadan olmuşdur. 1986-1997 ci illərdə Salyan rayonu 1 saylı Xalac kənd orta məktəbində təhsil almışdır. 1997- 2001ci ildə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə təhsilini davam etdirmişdir. 2001- 2002 ci illərdə hərbi xidmətə olmuşdur. 2007-2009-cu illərdə Naxçıvan Dövlət Universitetində magistr təhsili almışdır. 2010-2015-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində müəllim, baş müəllim, dekan müavini, rektor köməkçisi vəzifələrində çalışmışdır. Kafedrada çalışdığı müddətdə “Yeni nəsil” adlı tələbə elmi dərnəyinə sədrlik edib. 2012-2016-cı illərdə AMEA-nın fəlsəfə inistutunun dissertantı olub. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 2016-2019 cu illərdə Azərbaycan Texnologiya universitetində menecment ixtisası üzrə ikinci ali təhsil almışdır. 2015-2021 ci illərdə Azərbaycan Texnologiya Universitetində Tədris şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda 0,5 ştat vahidi əvəzçiliklə İctimai elmlər və multikultralizm kafedrasında dossent əvəzi olub. 2021 ci ildən Qərbi Kaspi Universitetində Tədrisin təşkili və idarə olunması mərkəzinin müdiridir. Eyni zamanda fəlsəfə müəllimi kimi 0.5 ştat vahidi ilə dossent əvəzidir. Hindistanın Əhmədabad Menecment Universitetində “3TP: Senior Leaders' Programme 2019” layihəsinin iştirakçısı olub. 03 noyabr – 01 dekabr 2018-ci il tarixlərində “Multikultralizmə giriş” və “Azərbaycan Multikultralizmi” tədris proqramları əsasında təlimin iştirakçısı olub. 20-ə yaxın elmi məqalənin, iki fənn proqramının bir dərs vəsaitinin müəllif və həmmüəllifidir. Müxtəlif beynəlxalq konfransların iştirakçısı olub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir iki övladı var.