Qərbi Kaspi Universiteti

Müəllimlər

İqtisadiyyat Məktəbi

Rasim Abbasov

i.ü.f.d

İqtisadiyyat, İqtisadiyyat giriş, Azərbaycan iqtisadiyyatı, Sosial iqtisadi inkişafın proqnozlaşdırılması, Mikroiqtisadiyyat

+994 12 565 39 77

rasim.abbasov@wcu.edu.az

İqtisadiyyat kafedrasının müəllimi

Azərbaycan Dövlət İqtisad Universitetində 2004-cü ildə bakalavr dərəcəsi üzrə təhsilini tamamlayıb  diplom almışdır. 2013 cü ildə ADİU də magistratura dərəcəsi üzrə  təhsilini  “Kommersiya” ixtisası istiqamətində  fərqlənmə diplomu ilə  bitirib. 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. İqtisad üzrə fəlsəfə doktorudur. 2010-2016-cı illərdə ƏƏSMN yanında DMX-nin Nizami rayon məşğulluq mərkəzində mütəxəssis, peşə və iqtisadi məsələlər üzrə məsləhətçi vəzifə funksiyalarını yerinə yetirmişdir. 2017-2018 ci illərdə KTN, Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 2018-ci ildən bu günədək Qərbi Kaspi Universitetinin İqtisadiyyat kafedrasında müəllim vəzifəsində işləyir.

Tədris etdiyi fənnlər “İdarəetmə Nəzəriyyələri” “Dövlət Qulluğu” “Dövlət İdarəetmə Nəzəriyyələri” “İqtisadiyyata giriş” “Mikroiqtisadiyyat” “Beynəlxalq iqtisadiyyat” “Maliyyə və İnvestisiyalar” və digər fənnlər.

Elmi Nəşrlər:

R.C.Abbasov ikisi xaricdə dərc edilməklə 18 elmi məqalənin müəllifidir.

Avropa İttifaqının dəstəyi ilə fasilitatorlar üçün Məntiqi Struktur Yanaşma (MSY) proqramı üzrə kursları müvəffəqiyyətlə tamamlayaraq diplom almışdır.

Aqro-X layihəsi üzrə uğurlu iştiraka görə sertifikatla təltif edilmişdir.