Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi
Rauf Tağıyev
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
Xətti cəbr və riyazi analiz, Riyaziyyat
+994 12 565 39 74
rauf.tagiyev@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
- diferensial tənliklər
- mexanika
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Tağıyev Rauf Mürsəl oğlu 10 may 1954 – cü ildə Zəngəzur mahalının Qafan şəhərində anadan olmuşdur. 1961-1970 – ci illərdə orta məktəbdə təhsil almış, 1970-1975 – ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat və tətbiqi riyaziyyat-mexanika (1972-1975) fakultələrində təhsil almış, Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlamışdır.
1983 – cü ildə Azərbaycan İnşaat mühəndisləri institutuna dissertant qəbul edilmiş, 1986 – cı ildə “Oxu boyunca prizmatik boşluqları olan brusun burulma məsələsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elə həmin ildə ona fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi verilmişdir.
1980 – ci ildən 1986 – cı ilədək Azərbayacan Dövlət Universitetinin Elmi-tədqiqat Hesablama mərkəzində, 1986-1992 – tarixlərində ADU – nun tətbiqi riyaziyyat fakultəsinin riyazi-fizika tənlikləri, 1992-1996 – illərdə həmin universitetin mexanika-riyaziyyat fakultəsinin ali riyaziyyat kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 1996-2020 – ci illərdə həmin kafedrada əvəzçilik yolu ilə yarım ştat baş müəllim vəzifəsində pedoqoji fəaliyyətini davam etdirmiş, 2020-2022 – ci illərdə isə saat hesabı yolu ilə Bakı Dövlət Universitetinin Ali riyaziyyat kafedrasında Ali riyaziyyat, ehtimal nəzəriyyəsi və riyazi statistika fənlərindən dərs aparır.
29 çap olunmuş elmi məqalənin müəllifidir.
4 oktyabr 2022 – ci il tarixindən Qərbi Kaspi Universitetinin mexanika və riyaziyyat kafedrasının müəllimidir.