Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Səbinə İbrahimova

Müəllim

İnformatika və Riyaziyyat

+994 12 565 39 74

sebine.ibrahimova@wcu.edu.az

İbrahimova Səbinə Bakı şəhərində dünyaya gəlmiş və 3 saylı tam orta məktəbi bitirmişdir. Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində bakalavr təhsilini almışdır. Magistr təhsilini isə həmin universitetin Tətbiqi-Riyaziyyat fakültəsində almışdır.

Təhsil müddətində, müxtəlif riyazi layihələrdə iştirak edərək öz bilik və bacarıqlarını təcrübə ilə zənginləşdirmişdir

İbrahimova Səbinə hazırda Qərbi Kaspi Universitetində müəllim kimi fəaliyyət göstərir.

O, müəllimlik fəaliyyətində yalnız məlumat verməklə kifayətlənmir, həm də tələbələrinə analitik düşüncə tərzi, problem həll etmə və yaradıcı yanaşma kimi mühüm bacarıqlar aşılayır.