Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Səidə Həsənova

b.ü.f.d, dosent

Bioloji elmlər

+994 12 565 39 74

seide.hesenova.2024@wcu.edu.az

Həsənova Səidə Qasım qızı 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Naxçıvan Dövlət Universitetində biologiya ixtisası təhsil almışdır. 2006-2008-ci illər isə burada magistr təhsilini davam etdirmişdir. 2015-ci ildə Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Yarımca kənd orta məktəbində 2 il müəllim vəzifəsində çalışmış, daha sonra Naxçıvan Muxtar Respublikasının icra hakimiyyətində 5 il müddətində böyük məsləhətçi vəzifəsində çalışmışdır. Hal-hazırda isə Genetik Ehtiyatlar İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. 1 monoqrafiya və 50-dən çox elmi əsərin müəllifidir. 2024-cü ildən Qərbi Kaspi Universitetinin Təbiət elmləri  kafedrasının müəllimi vəzifəsində çalışır.