Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Səma Bayramova

Müəllim

İKT – baza kompüter bilikləri, Kompüter modelləşdirməsi , Sxemotexnika , Kompüter şəbəkələri ,İnformatika

+994 12 565 39 74

sema.bayramova@wcu.edu.az

Səma Qədir qızı Bayramova 1999-cü ildə Azərbaycan Respublikasının Şəki şəhəri , Baş Küngüt kəndində anadan olmuşdur. 2005-2016-ci illərdə Şəki şəhəri , Baş Küngüt kəndində  Nazim Hacıyev adına tam orta  məktəbdə təhsil almışdır,  məktəbi fərqlənmə ilə bitirmişdir. 2016-cı ildə Azərbaycan Texniki Universitetinin “Kompüter mühəndisliyi” ixtisasına (bakalavr)  daxil olmuşdur, 2017-ci ildə həmin universitetin SABAH qruplarına daxil olmuş və 2020- ci ildə bitirmişdir. 2020-ci ildə Azərbaycan Texniki Universitetinin “Kompüter mühəndisliyi” ixtisasının “Kompüter sistemləri və şəbəkələri” ixtisaslaşmasına daxil olmuşdur və 2022-ci ildə fərqlənmə ilə bitirmişdir. 2022-cı ildə Qərbi Kaspi Universitetinin kollecində İT müəllimi kimi çalışmışdır, 2023 ci ildən  indiyə kimi Qərbi Kaspi Universitetinin “İnformasiya texnologiyaları” kafedrasının müəllimidir.

3 elmi məqalə müəllifidır.