Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Sevinc Rəcəbova
Biologiya üzrə fəlsəfə doktoru, müəllim
Bioloji elmlər
+994 12 565 39 74
sevinc.recebova@wcu.edu.az
Rəcəbova Sevinc Səadət qızı 21 iyun 1988-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 2024-cü ildə biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. ARETN Zoologiya İnstitutunda böyük elmi işçi vəzifəsində işləyir.
30-dan çox elmi əsəri çap olunub (məqalə, atlas, tezis, kitab), bir neçəsi çapdadır. 1 elmi əsəri Azərbaycan Respublikası Milli Atlasında çap olunub. 2 məqaləsi xaricin yüksək reytinqli jurnallarında, 1 tezisi də xaricdə çap olunmuşdur, Azərbaycan faunasının informasiya sistemi (onurğalilar) kitabının həmmüəlliflərindəndir.
2023-cü il tarixindən Qərbi Kaspi Universitetində müəllim vəzifəsində çalışır.