Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Şahbaz Şirəliyev
Müəllim
+994 12 565 39 74
shahbaz.shireliyev@wcu.edu.az
Şahbaz Məmmədhüseyn oğlu Şirəliyev 02.12.1972-ci ildə Cəlilabad rayon Adnalı kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə anadan olduğu Adnalı kəndində orta təhsilini başa vurub, 1989 cu ildə ( o vaxtkı V.İ.Lenin adına) Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində Kimya- biologiya ixtisası üzrə ali təhsil almışdır. 1995-2005-ci illər ərzində Adnalı kəndində müəllim işləyib. 2005-2023-cü illərdə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”nin Meşələrin İnkişafı Xidmətinin Abşeron Regional Meşə Tingliyi və Toxumculuğu Mərkəzində direktor müavini, İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində direktor vəzifəsində çalışmışdır. ETSN-də işlədiyi müddət ərzində 2014 və 2022 ci illərdə Türkiyə Respublikasında meşələrin davamlı idarə edilməsi və müasir tinglik kompleksinin qurulması mövzusunda keçirilən elmi-praktik seminarlarda iştirak etmişdir. 2023-cü ilin sentyabr ayından Qərbi Kaspi Universitetinin “Təbiət Elmləri” kafedrasında meşəçilik fənni üzrə müəllim vəzifəsinə qəbul olunub. Hal-hazırda həmin Universitetin “Ekologiya və Ətraf Mühit” kafedrasında müəllim işləyir.