Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi

Toğrul Hacılı

Müəllim

Alqoritmləşdirmənin əsasları və proqramlaşdırma

994 12 565 39 74

togrul.hacili@wcu.edu.az

Hacılı Toğrul Şakir oğlu 23 yanvar 1996-cı il Füzuli rayonunda anadan olmuşdur. 2002-2013-cü illər Bakı şəhəri Xətai rayonu 264 saylı məktəb-liseydə orta təhsil almışdır. 2013-2017-ci illər Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Kompüter elmləri ixtisası üzrə bakalavr təhsili almışdır. 2017-2019-cu illər isə burada magistr təhsilini davam etdirmişdir. (Elmi işin adı: “Neft-qaz boru kəmərlərində axan mayenin sızma yerlərinin təyini və sızan mayenin miqdarının tapılması üçün proqramın qurulması ”). 2017-ci ildə magistratura 2-ci tur “14-cü” (İnformatika) ixtisas proqramı üzrə respublika birincisi olmuşdur. 2019-2022-ci illərdə Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsi İnformatika kafedrasında müəllim olaraq çalışmışdır. 2019-2020-ci illərdə İdrak liseyində İnformatika müəllimi olaraq çalışmışdır. 2021-ci ildən Qərbi Kaspi Universitetinin Proqramlaşdırma və İnformasiya təhlükəsizliyi kafedrasında müəllim olaraq çalışır.