Xarici Dillər Mərkəzi

Turan Əlizadə
Müəllim
Xarici dildə işgüzar və akademik kommunikasiya
+994 12 565 39 76
turan.elizade.2024@wcu.edu.az
Əlizadə Turan Elman qızı Bakı şəhərində anadan olmuşam. İlk təhsilimi Binəqədi rayonu 115 nömrəli məktəbdə almışam. 2009-2013-cü illərdə Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi” (ingilis dili) ixtisası üzrə bakalavr dərəcəsi alaraq məzun olmuşam. 2013-cü ildə ildə Odlar Yurdu Universitetinin “Xarici dil müəllimliyi” (ingilis dili) ixtisası üzrə magistr pilləsində təhsil almış və 2015-ci ildə məzun olmuşam. 2019-cu ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Tətbiqi dilçilik” ixtisasının doktorantıyam.
Təhsil müddəti ərzində müxtəlif yerli və beynəlxalq təcrübə proqramlarında iştirak etmişəm. Universiteti bitirdikdən sonra Dövlət İmtahan Mərkəzində Marker müəllim, Bakı Mühəndislik Universitetində ingilis dili müəllimi kimi, Xəzər Universitetində Beynəlxalq Əlaqələr Şöbəsinin mütəxəssisi kimi və Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətində universitetin nüumayəndəsi kimi fəaliyyət göstərmişəm. Xəzər Universiteti tərəfindən əcnəbi vətəndaşların Azərbaycan Respublikası ərazisində qeydiyyat və digər miqrasiya proseslərinin koordinasiyasını etmişəm.
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Təhsil Forumunda Xəzər Universiteti - Azərbaycan Respublikasında təhsil alan əcnəbilərin mobilliyi indikatoru üzrə ölkənin ali təhsil müəssisələrinin reytinqində nəaliyyətləri ilə fərqləndiyinə görə “Təşəkkürnamə” ilə təltif olunmuşam.
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakıda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə şəbəkə görüşlərində iştirak etmişəm.
2024-cü il 1-2 may tarixlərində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Dialoq Forumunda iştirak etmişəm.
Məqalələrim “Filologiya məsələləri” və “Terminologiya məsələləri”, “Gənc tədqiqatçıların elmi əsərləri” jurnallarında çap olunmuşdur. IELTS və Teacher Trainer sertifikatlarım vardır. British Council, ABŞ-nın Azərbaycan Səfirliyi tərəfindən keçirilən Beynəlxalq İngilis dili üzrə Təlim konfranslarında iştirak etmişəm. “Scopus” müəllif profilinin tədqiqat sahəsi ilə bağlı vebinar və seminarlarda iştirak etmişəm.