Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Ülkər Qədiyeva

Müəllim

Ekologiya

+994 12 565 39 74

ulkarqadiyeva@wcu.edu.az

Qədiyeva Ülkər Rauf qızı 2007 –ci ildə Xətai rayonu 56 saylı orta məktəbi bitirmişdir. 2011- ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ekologiya və təbiətdən istifadə” fakültəsinin “Meliorasiya, rekultivasiya və torpaq mühafizəsi” ixtisası üzrə bakalavr pilləsini, 2013-cü ildə  Bakı Dövlət Universitetinin “Ekologiya və Torpaqşünaslıq” fakültəsinin  “Ekologiya” ixtisası üzrə magistr pilləsini bitirmişdir.

Əmək fəaliyyətinə 2014-cü ildən  Azərbaycan Milli Elmlər Akademiyasının “Genetik Ehtiyatlar İnstitutunun” “Ekobotanika və sistematika” şöbəsində başlamışdır. Daha sonra “Eroziya və Suvarma İnstitununun” “Suvarılan torpaqların meliorasiyası və ekologiyası” laboratoriyasında,  “Torpaqşünaslıq və Aqrokimya” İnstitutunun “Torpağın aqrokimyəvi tədqiqatları və kütləvi analizi” laboratoriyasında elmi işçi vəzifəsində çalışmışdır.

2014-cü ildən  Qeyri Hökümət Təşkilatının “Ekoloji Təşəbbüslər Mərkəzinin”  Direktoru vəzifəsində çalışmışdır.

2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının “Torpaqşünaslıq və Aqrokimya” İnstitutunun “Torpaqşünaslıq” ixtisası üzrə Doktoranturaya qəbul olmuşdur. Hal –hazırda dissertasiya işi üzrə apardığı tədqiqat işlərinə nəzərən  xarici və yerli jurnallarda  məqalələri dərc edilmişdir.  

 Təhsil aldığı və çalışdığı illərdə gənc elmi  tədqiqatçı bir çox elmi konfranslarda, təlimlərdə, layihələrdə iştirak etmiş və İSO 14001-2004 Standartı ürzə tədris kursları keçmişdir.

2020-ci ildə İngiltərənin London şəhərində Sutton College (ESOL) –kollecində ingilis dili kursu keçərək sertifikatlar əldə etmişdir.

Hazırda Qərbi Kaspi Universitetinin “Ekologiya və ətraf mühit” kafedrasının müəlliməsidir.