School of Advanced Technologies and Natural Sciences
Alasgar Aghazade
Associate Professor, PhD in Technical Sciences
Environmental chemistry, Water basins of Azerbaijan, Man, environment and sustainable development, Agrochemistry and environmental protection
+994 12 565 39 74
alasgeragazade55@wcu.edu.az
Ağazadə Ələsgər Dadaş oğlu 1955-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. 1973-cü ildə Bakının Binəqədi rayonunda 30 saylı məktəbi bitirmişdir. 1976-cı ildə M.Əzizbəyova adına Azərbaycan Neft və Kimya inistutunun kimya texnologiya fakultəsinə qəbul olmuş və 1981-ci ildə “Əsas üzvi və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1981-2009-cu illərdə AMEA, Neft kimya prosesləri instiutunda mühəndis,kiçik elmi işçi,elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1989-cu ildə “Akril turşusu və propilen oksid əsasında suda həll olan birgə polimerlərin sintezi və xassələri” mövzusunda namizədlik dissertasiyasını, 2006-cı ildə “Alifatik spirtlərin və monokarbon turşularının səthi-aktiv oksipropil törəmələrinin və onların əsasında kompozisiyalarının alınması və tətbiqi” mövzüsunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bunların müqabilində ona kimya elmləri namizədi və texnika elmləri doktoru elmi dərəcələri verilmişdir. 1995-ci ildə “Yüksək molekullu birləşmələr kimyası” ixtisası üzrə baş elmi işçi elmi adı verilmişdir. 2005-ci ildə rəhbərlik etdiyi bir nəfər xarici vətəndaş namizədlik dissertasiyası müdafiə etmiş və kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2009-2020-ci illərdə SOCAR Neft-qaz elmi tədqiqat layihə instiutunda aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2021-ci ildən Qərbi Kaspi Universitetində “Ekologiya və ətraf mühit” kafedrasında müəllim vəzifəsində işləyir.
İşlədiyi dövrdə tədqiqat işlərinə dair 200-dən artıq işi nəşr olunmuşdur. (50 məqalə,28 xaricdə nəşr olunan məqələ,46 tezis, 8 beynəlxalq və 38 xaricdə nəşr olunan tezis, 20 patent, 21 ixtiraya dair iddia sənədi, 4 müəlliflik şəhadətnaməsi).