Western Caspian University

Teachers

Adila

Adila  Asadova

School of Philology and Translation

Associate Professor, PhD in Philology, Head of the department of Azerbaijani Language and Literature

Əsədova Adilə Yaqub qızı 17 fevral 1972-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 saylı orta ümumitəhsil məktəbinibitirmişdir. Həmin ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1993-cü ildə təhsilini bitirmişdir. 1993-cü ildə Ali Diplomatiya Kollecində saathesabı Azərbaycan dili müəllimi vəzifəsinə qəbul olmuş, 1994-cü ildə Qızıl Aypara Cəmiyyətində Bakı Regional Mərkəzi üzrə informasiya və yayım şöbəsində təlimatçı vəzifəsinə qəbul edilmişdir. 1999-cu ildən Qərb Universitetində müəllim, baş müəllim, kafedra müdiri, dekan vəzifəsində çalışmışdır. 2008-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi adını, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent adını almışdır. Hazırda Qərbi Kaspi Universitetinin Filologiya və tərcümə məktəbinin dekanı və “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müdiridir. 1. Azərbaycan dilində ismin hal kateqoriyası problemi // Tədqiqlər-2, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu, Bakı, Elm , 2003, s. 73-78; 2. İsmin adlıq halı // Tədqiqlər-4, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu, Bakı, Elm , 2003, s. 140-144; 3. Yiyəlik halın işlənmə formaları // ADPU-nun Xəbərləri, Humanitar və təbiət elmləri seriyası, Bakı, 2004, № 4, s. 497-500; 4. “Ümummilli liderimiz Heydər Əliyevin siyasəti Azərbaycanın gələcəyidir”, Elmi-praktik konfrans, tezislər, Qərb Universiteti, Bakı, 2004 ; 5. Azərbaycan dilinin türk dilləri arasında yeri AMEA Dilçilik institutu, tədqiqlər 4, Bakı, 2004; 6. Azərbaycan dilçiliyində hal kateqoriyasının tədqiqi // Tədqiqlər-3, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu, Bakı, Elm , 2006, s. 129-136; 7. Azərbaycan dilində ismin yiyəlik halının sintaktik mövqeyi // Tədqiqlər-1, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu, Bakı, Elm , 2006, s. 147-154; 8. İsmin hal kateqoriyasının qrammatik kateqoriyalar sistemində yeri // Tədqiqlər-4, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitu, Bakı, Elm2007 125s-135s; 9. Azərbaycan dilində ismin təsirlik halı  // Filologiya  məsələləri, Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, 2007, №  3, s. 160-170; 10. Azərbaycan dilində qrammatik hallar (elmi monoqrafiya). Bakı, 2009;  11. Bir daha qrammatik kateqoriyalar haqqında // Filologiya məsələləri , Elm və Təhsil, Bakı, 2010;  12. Heydər Əliyev Azərbaycan dili haqqında Elmi xəbərlər, Qərb Universiteti, 2011; 13. Azərbaycan ədəbiyyatı və publisistikasında təbiət və ətraf mühit mövzusu Bakı, ADPU-2013 (Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans; 14. Ritorik fiqurlar. Qərbi Kaspi Universiteti Elmi xəbərlər. Bakı, 2018; 15. Şahdağ yarımqrupu dilləri. Beynəlxalq konfrans, Qərbi Kaspi Universiteti, 2019 Dağlar, mədəniyyətlər, landşaftlar, Bio müxtəliflik;   16. IV. İnternational Conference on awareness Çanakkale, Türkiyə, 02-04 december “Language and culture” 2020( tezis) 17. IV. İnternational Conference on awareness Çanakkale, Türkiyə, 02-04 december “Language and culture” Homeros 2021 18. V İnternational Conference on awareness Türkiyə, 10-12 december“Language and speech styles” 2021 (tezis)

Naila

Naila  Guliyeva

School of Advanced Technologies and Natural Sciences

PhD in Chemistry, Dean of the School of High Technologies and Innovative Engineering

Akademik fəaliyyətinin istiqamətləri: · Umumi kimya · YMB kimyası Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Quliyeva Nailə Məmmədağa qızı 21 avqust 1976-cı il Bakı şəhərində anadan olmuşdur. 1983-1993-cü illər 39 nömrəli məktəbdə orta təhsil almışdır. 1993-1997-ci illər Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr təhsili almışdır. 1997-1999-cu illər isə burada magistr təhsilini davam etdirmişdir (Elmi işin adı: “Malein anhidridi, stirol və allilfenil efirinin üçlü birgə polimerləşməsinin bəzi xüsusiyyətləri”). 2000-2003 Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Yüksək Molekullu Birləşmələr kimyası kafedrasında aspirant olmuşdur. 2008-cı ildə “Malein anhidridi, stirol və allilfenil efirinin üçlü birgə polimerləşməsi” elmi işini uğurla müdafiə edərək kimya elmləri namizədi adı almışdır. BDU-nin YMB kimyası kafedrasında 2010-15 ci illərdə, 2014-17 ci illərdə isə AR Prezidenti yanında Dövlət İdarəcilik Akademiyası, “Davamli inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasında müəllim vəzəfəsində çalışmışdır. 2018-cı ildən Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasında müəllim vəzifəsində, 2020-cı ildən Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasının müdiri vəzifəsində çalışıb. Hal-hazırda Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin dekanı vəzifəsində çalışır. 30 elmi məqalənın, dərs vəsaitinın, fənn proqramlarının, Azərbaycan Respublikasının patentının müəllifidır.

Rana

Rana  Hajiyeva

School of Advanced Technologies and Natural Sciences

Associate professor, PhD in Pedagogy, Head of the department of information technologies

Akademik fəaliyyətinin istiqamətləri: İnformatika Veb-proqramlaşdırma Kompüter tərcümə proqramları  Kompüter mühəndisliyin əsasları  Sistem proqram təminatı  Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 7 yanvar 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.  1961-1971-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir. 1971-1990–cı illərdə Bakı Dövlət Universitetinin Hesablama Mərkəzində laborant, mühəndis, böyük mühəndis, 1990-1997-ci illərdə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində müəllim, baş müəllim, 1997-ci ildən isə Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları və maşınlar kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır. 2007-ci ildə “İnformatika fənninin riyaziyyat və fizika ilə əlaqəli tədrisi yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və pedaqogika üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2011-ci ildən Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları və maşınlar kafedrasının müdiri vəzifəsində çalışır. 80-a yaxın elmi əsərin, o cümlədən metodik vəsait, dərslik və elmi məqalələrin müəllifidir. Elmi nəşrlər:  Abituriyentlərin və tələbələrin test edilməsi - 1995 Kompüterlə əlaqəli tədrisin bəzi məsələləri - 1996 Proqlaşdırma texnologiyasının kompüterlə əlaqəli tədrisə tətbiqi - 1996 Müasir həyatda kompüter və tədris - 1996  "İnformatika" tədrisi üzrə təcrübə - 1997 Kompüter təhsilində kompüter dəstəyi təlimatı -1997 Fizika məsələlərin həllində kompüterdən istifadə edilməsinin müəyyən xüsusiyyətləri - 1999 "İqtisadi informasiyanın kompüter texnologiyası" kursu proqramı - 1998 İnformatika və hesablama texnikasının əsasları fənninin digər fənlərlə əlaqəli tədrisinin bəzi məsələləri - 1999 "Sistem proqramı" üzrə kurs proqramı- 1999 İnformatika ve hesablama texnikasının əsasları fənninin digər fənlərlə əlaqəli tədrisinin bəzi məsələləri - 2000 "Alqoritmləşdirmə və proqramlaşdırma" üzrə kurs proqramı - 2000 "Proqram paketləri" proqramı - 2000 İnformatika təhsili metodikasında bəzi elementlər - 2001 Şagirdlərin biliklərinin yoxlanılması - 2001 Alqoritmiləşdirmənin əsas elementləri - 2001 Turbo Pascal dilində xətti proseslərin proqramlaşdırılması - 2001 Mövqe məsələlərinin həllində tətbiq olunan üsullar - 2001 İnteraktiv rejimdə şagirdin avtomatlaşdırılmış testi - 2002 VPX proqram kabuğunu istifadə edərək məlumat bazalarının inkişaf etdirilməsi - 2002 ”Kompüter texnikası və proqramlaşdırma” kursu üzrə   proqram - 2003 İnformatikadan 250 test - 2003  Tərsimi həndəsə mövzularının kompüterdə yerinə yetirilməsinin əsas şərtləri - 2003  İnformatika dərslərində iqtisadi məsələlərin həllindən istifadə - 2005  İnformatika və informasiya texnologiyaları fənninin fizika ilə əlaqəli tədrisinə dair - 2006 İnformatika və informasiya texnologiyaları fənninin tədrisində bəhsdaxili, bəhslərarası və bölmələrarası əlaqələrin təşkili - 2006  İnformatika fənni ilə riyaziyyat fənni arasında əlaqənin yaradılması - 2007 Fənlərarası əlaqə təlimdə inteqrasiya proseslərinin ifadəsi kimi - 2007  Tədris prosesində fənlərarası əlaqələrdən istifadəyə dair - 2007 İnteqrasiya proseslərinin tədrisə tətbiqinin bir variantı haqqında - 2008 İnformatika fənni üzrə praktik tapşırıqlarn yerinə yetirilmə yolları - 2009 İnformatika fənninin tədrisində riyaziyyat fənni elementlərin­dən istifadə fənlərarası əlaqə­nin yaradılması üçün bir zəmindir - 2011 İnformatika dərslərində iqtisadi məsələlərin həllindən istifadə - 2012 Maliyyə iqtisadi məsələlərin MS Excel elektron cədvəlində yerinə yetirilməsinin yolları - 2012 İnternet jurnalistikası - 2012 İnformatika fənni üzrə praktik tapşırıqların yerinə yetirilmə yolları - 2013 Maliyyə bazarlarında proqram təminatı ilə həll edilən bəzi məsələlər -2015  Siyahı strukturları - 2015 Proqramlaşdırma dilləri və informatika - 2016 Müasir proqramlaşdırma dilləri - 2016 İnformatika və geoinformatika - 2016 Proqramlaşdırmanın əsasları - 2016 Coğrafi informasiya sistemləri - 2017 Rabitə kanalları və siqnalların işlənməsi – 2017 İnformatika (metodik vəsait) - 2020 Fənlərarası əlaqələrdən istifadə etməklə Veb proqramlaşdırma mövzularının izahında sığorta tariflərinin hesablanması – 2022. Interdisciplinary relationships Integrated into learning - 2022 Verilənlərin  Analitik Emalı və Məlumat Təhlili Metodları – 2022 Использование межпредметных связей в частности вычислений страховых тарифов при объяснении тем веб-программирования - 2022

Elnara

Elnara  Gazi-zade

School of Political and Social Sciences

Deputy Dean of the School of Political and Social Sciences

Qazı-zadə Elnara Adil qızı Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. Azərbaycan Dövlət Universitetini 1978-ci ildə Tarix,tarixci və ictimai fənlər müəllimi ixtisası üzrə bitirmişdir. 2007-ci ildən Qərbi Kaspi Universitetinin “Politologiya və Beynəlxalq münasibətlər” kafedrasının müəllimi,baş müəllim, dosent, kafedra müdir müavini, kafedra müdiri,dekan müavini, dekan vəzifələrində çalışıb. Hal-hazırda “Politologiya və Beynəlxalq münasibətlər “ kafedrasında dosent vəzifəsində çalışır. Tədris etdiyi fənnlər:Xarici syasət, Azərbaycan Respublikasının xarici siyasəti, Beynəlxalq təşkilatlar, Müasir inteqrasiya prosesləri və s. Elmi işləri: Ali təhsilin bakalavriat səviyyəsi üçün proqramlar hazırlayıb və redaktoru olub: Azərbaycan Respublikasının xarici siyasəti, Beynəlxalq təşkilatlar, Beynəlxalq qeyri-hökumət təşkilatları, Müasir inteqrasiya prosesləri və s. Əsas elmi nəşrlər: Məqalələr: “Понятие и сущность региональной интеграции” Məqalə Elmi xəbərlər №2 , 2012 “Азербайджанская Республика и международные организации” Qərb Universiteti Respublika Elmi –praktik konfransının materialları “Azərbaycan-YUNESKO əlaqələrinin inkişafı mərhələləri” Məqalə Qafqaz University ,Konfrans materialları “Azərbaycan Respublikası və Avropa inteqrasiyası” Qərb Universiteti, Elmi Xəbərlər, ictimai seriya “Beynəlxalq təşkilatlar beynəlxalq münasibətlər sisteminin əsas iştirakçıları kimi” Qərb Universiteti, Elmi Xəbərlər, ictimai seriya “Azərbaycan mədəniyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu”. Respublika Konfransı materialları “Azərbyacan Respublikasının mədəni əməkdaşlığının inkişaf mərhələləri”məqalə “Müstəqil Azərbaycanın xarici siyasət strategiyasının banisi” Respublika Konfransı materialları, “Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində” Respublika Konfransı materialları

Safar

Safar  Purhani

School of Economics and Business

Professor, Doctor of Economic Sciences, Head of tourism and field economy department

Mən, Pürhani Səfər Həsən oğlu 15 avqust 1957-ci ildə Gəncə (keçmiş Kirovabad) şəhərində anadan olmuşam. 1964-cü ildə birinci sinifə getmişəm və 1974-cü ildə Gəncə şəhəri 25 saylı orta məktəbi bitirmişəm. 1974-cü ildə M.Əzizbəyov adına Neft və Kimya institutuna "Avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisasına qəbul olunmuşam.1979-cu ildə institutu müvəffəqiyyətlə bitirmişəm və 1980-ci ildə Neft və Kimya institutunun aspiranturasına qəbul olunmuşam. 1984-cü ildə aspiranturanı bitirmişəm.  Əmək fəaliyyətinə 1972-ci ildən Gəncə şəhəri Rabitə qovşağında poçtalyon kimi başlamışam.Ali təhsilimi başa vurduqdan sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda mühəndis kimi çalışmışam.1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun Gəncə (Kirovabad) filialında mütəxəsis kimi əmək fəaliyyətimi davam etdirmişəm. 1981-1989-cu illərdə Azərbaycan Texnologiya İnstitutunda lobarant,lobaratoriya müdiri,assistent və dekan müavini vəzifələrində çalışmışam.1989-1991-ci illərdə Kənd Təsərrüfatı Akademiyasında kafedra müdiri, 1991-1997-ci illərdə Gəncə Elektron Sənaye Texnikumunun direktoru, 1997-2001-ci illərdə Gəncə Dövlət Humanitar Kollecinin direktoru, 2001-2002-ci illər Təfəkkür Universitetinin prorektoru, 2002-2003-cü illər Yazar LTD-nin direktoru, 2003-2007-ci illər Odlar Yurdu Universitetində professor,dekan, prorektor vəzifələrində çalışmışam.Bu illərdə eyni zamanda Milli Aviasiya Akademiyasında 0.5 ştat professor vəzifəsində tədrislə məşğul olmuşam. 2007-2010-cu illər Milli Aviasiya Akademiyasının professoru, 2010-2019-cu illər kafedra müdiri vəzifələrində çalışmışam. 2018-ci ildən Dövlət Gömrük Komitəsinin Akademiyasında saat hesabı müəllim,2019-cu ildən hal-hazıra qədər professor vəzifəsində əmək fəaliyyətimi davam etdirirəm.             1987-ci ildə Moskva Kimya-Texnologiya İnstitutunda elmlər namizədi, 1993-cü ildə Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyalarını müdafiə etmişəm.İqtisad elmləri doktoru, professoram.90-dan çox elmi məqaləm,bir monoqrafiyam, üç dərsliyim, iki dərs vəsaitim çap edilib. Beynəlxalq və Pespublika əhəmiyyətli konfranslarda məruzələrlə çıxışlar etmişəm. Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmanları ilə (1986,2000), SSRİ Təhsil Nazirliyinin təşəkkürü və pul mükafatı ilə (1987), Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə (2022) təltif edilmişəm.  Əsas elmi nəşrlər: ·         “Hesablama texnika vasitələrinin bazarlarının təşkili”  Monoqrafiya - 1991 ·         “İqtisadiyyat” Dərslik Bakı – 1997 ·         “İzahı iqtisadi terminlər lüğəti” I-II cild – 2004 ·         “Qısa izahlı iqtisadi terminlər”  2005 ·         “Mülki aviasiyanın iqtisadiyyatı” Dərslik – 2012 ·         “Dünya iqtisadiyyatı” Dərslik I-II cild – 2015 ·         “Beynəlxalq iqtisadiyyat” Dərs vəsaiti  - 2016 ·         “İstehsalın təşkili və menecmenti” Dərs vəsaiti – 2017 ·         “Gömrük nəzarəti” Dərslik - 2021

Nargiz

Nargiz  Akhundova

School of Political and Social Sciences

Professor,Doctor of Science in History, full member of the Azerbaijan National Academy of Sciences

Axundova Nərgiz Çingiz qızı  Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Tarix elmləri doktoru, 2012-ci ildən Qərbi Kaspi Universitetinin Professoru vəzifəsində çalışır. 30.06.2014 Azərbaycan Respublikasının Milli elmlər Akademiyasının Tarix ixtisası üzrə  Müxbir üzv seçilmişdir. 02.05.2017 Azərbaycan Respublikasının Milli elmlər Akademiyasının Həqiqi üzvü seçilmişdir. 110  elmi əsərin  və xaricdə çıxmış  20 elmi əsərlərin  müəllifidir.Beynəlxalq bazarlarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda  6 məqaləsi cap olunub. 30 ildən çox  pedaqojı staji var, 1981-2012-ci ilədək Bakı Dövlət Universiteti, 2012-ci ildən indiyə qədər Qərbi Kaspi Universitetinin professorudur.Azərbaycan Respublikası Milli Elmlər Akademiyası   A.A.Bakixanov adına Tarix İnstitunun şöbə müdiridir. AR Prezidenti yaninda Ali Attestat Komissiyası  Prezidiumunun üzvü.  Rusiya, Orta Asiya elmi jurnallarinin redaksiya heyətinin üzvü. AMEA RH “Sosial elmlər” jurnalının baş redaktoru. Kitabları: 1. Xilafətin dövlət idarəçilik sistemində türklər (VIII-X əsr. ortaları) monoqrafiya. Bakı, Elm, 2004 2. Qafqaz və böyük türk imperiyaları (həmmüəllif) Monoqrafiya. Bakı, 2012 3. Suriya və İraq ƏSDP-in hakimiyyəti altında. Monoqrafiya. Bakı, 2000 4. Asiya və Afrika ölkələri tarixi (feodalizmin meydana gəlməsi və inkişafı). Monoqrafiya, Bakı, 1994 5. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Dərslik. Bakı, 2009 6. Asiya və Afrika ölkələrinin çağdaş tarixi (iki hissə həmmüəllif) 2006, 2008. Dərslik, Bakı 7.Asiyanin ərəb ölkələrinin çağdaş tarixi (həmmüəllif). Monoqrafiya. Bakı, 2013 8. Qafqazda ərəb işğallarının siyasi, iqtisadi və dini nəticələri. Qafqaz və qloballaşma-İsveç.məqalə, 2010 9. Ərəblərin Mərkəzi Asiya əhalisi ilə münasibətlərinin bəzi məqamları. MAABİ-nin xəbərləri-Səmərqənd, 2009 10. Xilafətin dağılması və müsəlman dünyasının yeni geopolitik inkişafı -Tarix və onun problemləri-məqalə, Bakı, 2007 11. Türklərin Xilafətdə varlığının siyasi nəticələri-Şərg və Qafqaz- məqalə-Tiflis, 2005 12. Abbasilər xilafətinin siyasi elitasının etnik müxtəlifliyinin formalaşması-Orta əsrlər Şərqi-məqalə, Bakı, 1993 13. Abbasilər Xilafətində türklər haqqında bəzi qeydlər-Türk kültürü-Ankara. məqalə. 1998 14. Ərəb mənbələri türklər haqqında-Tarix və onun problemləri. məqalə, Bakı, 2001 15. Xilafətdə türklərin hərbi yüksəlişində hürrəmilər hərəkatının rolu-Azərbaycan tarixi muzeyi. məqalə.2003 16. Buveyhilər  və xilafət. Monoqrafiya. B.2020

Tahira

Tahira  Aliyeva

School of Philology and Translation

PhD in Philology Associate Professor, Head of English and Translation Department

Tahirə Əliyeva İmran Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 1969-cu ildə Bakıda anadan olmuşdur. 1 nömrəli ingilis dili təmaüllü məktəbi bitirmişdir. 1987-ci ildə Azərbaycan Dillər Universitetinə İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuş, 1992-ci ildə universiteti bitirmişdir. 1992-1996-cı illlərdə həmin universitetdə ingilis dilinin leksikası kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2007-2017-ci illərdə  baş müəllim kimi Qərbi Kaspi Universitetində çalışmışdır. 2017-ci ildən eitbarən İngilis dili və tərcümə kafedrasınlın dosenti və kafedra müdiri vəzifəsində çalışır. Elmi əsərlər: Dil və nitq - Elmi xəbərlər. Tərcümənin xüsusiyyətləri və tərcümənin manevr konsepsiyası- Praktik konfrans. Film ranslation- “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”  respublika elmi konfrans materialları. Azərbaycan ingilis və alman dillərində onomastic vahidlərin istifadəsi - Elmi xəbərlər jurnalı, 2019. Tərcümə və onun aktual problemləri - “Müasir dövrdə tərcüməçinin aktual problemləri” konfrans materialları, 2018. Dilşünaslıqda müasir problemlər - Konfrans materialları Neologisms of political articles - Sosial siyasi məqalələrdə neologizmlər- 4.cü Beynəlxalq konfrans materialları, 2021. Arqumentasiya və onun ifadə üsulları -Elmi xəbərlər

Afag

Afag  Hasanova

School of Economics and Business

PhD in mathematics, Head of the Department of General Economics

Menecment və turizm kürsüsünün rəhbəri, dosent, fizika- riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru)    Akademik fəaliyyətinin istiqamətləri: Ali riyaziyyat kursunun bütün bölmələri (azərbaycan, rus, ingilis dillərində) Statistika İqtisadiyyat Mikroiqtisadiyyat Makroiqtisadiyyat Beynəlxalq İqtisadi Münasibətlər Maliyyə təhlili (azərbaycan, rus, ingilis dillərində)  Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Afaq Həsənova 15 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı şəhəri 251 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1987-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunun əyani aspiranturasına qəbul olmuşdur. 1995-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Aspiranturada oxuduğu müddətdə ali məktəbdə pedaqoji fəaliyyətə  başlamışdır. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye universiteti) “Ali Riyaziyyat “ kafedrasında çalışmışdır. 1996-cı ildən etibarən Qərbi Kaspi Universitetində “İqtisadiyyat, Marketinq və Menecment” kafedrasında çalışır. Mütəmadi olaraq beynəlxalq layihələrdə iştirak etmişdir. Böyuk Britaniyanın Nottinghem Trent Universitetində, ABŞ-ın İndiana  və Kanzas Universitetitlərində, Turkiyənin Bilgi Universitetində çalışaraq beynəlxalq profesional təcrübə əldə etmişdir. Beynəlxalq diplomlar və sertifikatlarla təltif edilmişdir. Bir sıra elmi işləri, məqalələri və dərs vəsaitləri mövcuddur.  Elmi nəşrlər: 1.“Principles of radiation for Helmholtz equation in n-dimensional layer with impedance boundary conditions”, Turkish Journal of Mathematics, Scientific and Technical Research of Turkey, Turkey,1996 2.”Tətbiqi İqtisadiyyat” ( Junior Achievement), dərslik, Qərb Universiteti, Bakı, 2000 3.“Сборник лекций и задач по операционному и производственному менеджменту”, учебное пособие, Баку, 2014 4. “Oyunlar nəzəriyyəsinin bəzi tətbiqi  yolları”, Elmi Xəbərlər, Qərb Universiteti, Bakı, 2015