School of Economics and Business
Gulnara Nuriyeva
PhD in Economic
Accounting, Account management, Financial management
+994 12 565 39 74
gulnare.nuriyeva@wcu.edu.az
Nuriyeva Gülnarə Balaoğlan qızı 12 may 1973-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1980-1988-ci illərdə Sumqayıt şəhəri 27 nömrəli orta məktəbdə, 1988-1991-ci illərdə Bakı Maliyyə -Kredit Texnikumunda “Mühasibat uçotu” ixtisası üzrə, 1993-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda “Maliyyə və Kredit” ixtisası üzrə, 2000-2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə təhsil almışdır. 2007-ci ildə “Azərbaycanda gənclərin məşğulluğunun sosial-iqtisadi problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 2009-cu ildə “İqtisad elmləri namizədi” alimlik dərəcəsi almışdır.
1991-ci ildən əmək fəaliyyətinə başlayan Nuriyeva Gülnarə Balaoğlan qızı bank, maliyyə-mühasibat və elmi sahələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Hal-hazırda Azərbaycan Respublikası Energetika Nazirliyində Maliyyə şöbəsinin müdir müavini, eyni zamanda Qərbi Kaspi Universitetinin Maliyyə Kafedrasında 0,5 ştat vahidi üzrə müəllim vəzifəsində çalışır.
Nuriyeva Gülnarə Balaoğlan qızı 30-dan çox elmi əsərin, o cümlədən 3 kollektiv monoqrafiyanın, maliyyə və uçot sahəsinə aid 2 müəlliflik şəhadətnaməsinin müəllifidir.