Western Caspian University

Teachers

School of Design

Parvana Aliyeva

Member of the Union of Architects of Azerbaijan

Visual Communications, Ergonomics, Materials Techniques and Technology Art and Design History, E/S Photo Design, e/s Environmental Design e/s Problems of modern design, e/s Graphic design

+994 12 565 39 74

parvana.aliyeva@wcu.edu.az

Azərbaycan Memarlar İttifaqının üzvü

Akademik fəaliyyətinin istiqamətləri:

Memarlıq

Dizayn

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

12 fevral 1968-ci ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini 1975-1985-ci illərdə 20 saylı məktəbdə alıb. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq ixtisasına qəbul olunub və 1990-cı ildə bu ixtisası fərqlənmə diplomu ilə bitirib. 1988-ci ildə S.V.S.T.- də (Slovakiya Ali Texniki Məktəbi) istehsalat təcrübəsi keçmişdir.Təyinatla Bakı  Şəhər Dövlət Layihə İnstitutuna  göndərilib və 1990-1994-cü illərdə bu institutda memar vəzifəsində çalışıb. 1995-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 1994-1996-cı illərdə   Azərbaycan Memarlar İttifaqının  rəsmi orqanı olan İnformasiya bülleteninin redaktoru, məsləhətçi vəzifəsində çalışıb. 1996-2005-ci illərdə Bakı şəhəri Səbail rayonu 160 saylı orta məktəbdə Rəsmxət və təsviri incəsənət müəllimi vəzifəsində çalışıb. 2007-ci ildə Qərb Universitetinə Dizayn kafedrasının müəllimi vəzifəsinə qəbul olunub.2012-ci ildən Dizayn kafedrasının baş müəllimi, 2013-cü ildən isə Dizayn kafedrasının müdiri vəzifəsində çalışır.

Elmi maraq:

Dissertant. Mövzu: Bakı və Bakıətrafı yol nəqliyyat sistemində vizual kommunikasiyaların formalaşması xüsusuiyyətləri.

“Material, texnika və texnologiya”, “Layihə qrafikası və rəngli kompozisiya”, “ İncəsənət və dizayn tarixi”, “ Dizayn sənətinin tarixi və metodologiyası”, “ Sistemli layihələndirmə”, “Memarlıq”,“Layihələndirmənin nəzəriyyəsi və metodikası”, “Vizual kommunikasiyalar ”fənn proqramlarının  müəllifidir.

2019-cu ildə Çexiyanın Mendel University in Brno təhsil müəssisəsində Erasmus+ proqramı çərçivəsində mübadilə proqramında iştirak etmişdir.

E.T. Əliyevin müəllifi olduğu iki nəşr: «Məkanların Astanasında. Bakı tarixini yazan qapılar. 1867-1913» və «Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri» kitablarının redaktorudur.

1.2017-ci ildə QKU-nin Elmi Nəşrlər jurnalının 1-ci nömrəsində çap edilib: “Dizaynın sosial aspektləri”. Qərbi Kaspi Universiteti, Elmi xəbərlər, say-1,İSSN 2227-5118

2.2018-ci ildə QKU-nin Elmi Nəşrlər jurnalının 4-cü nömrəsində çap edilib:“Dizaynerin bədii-layihə fəaliyyətinin spesifikası” adlı məqalə Qərbi Kaspi Universiteti, Elmi xəbərlər, say-4,İSSN 2227-5118

3.Respublika səviyyəli sərgi “İçəriŞəhər” qoruq idarəsi ilə birlikdə 26 may 2018- cil tarixində “İçəri Şəhər” Tarix muzeyində Dizayn məktəbinin tələbələrinin və müəllimlərinin yaradıcılıq işlərindən və plakatlarından ibarət Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr edilmiş sərgi.

4.Beynəlxalq Konfrans çərçivəsində 2019-cu il aprelin  16-da  Azərbaycan İstiqlal Müzeyində “Narkomaniya bəşəriyyətin bəlası” adlı sərgi.