Western Caspian University

Teachers

School of Advanced Technologies and Natural Sciences

Vusala Narimanova

PhD in Biology

Forestry,Gardening and park construction

+994 12 565 39 74

vusale.nerimanova@wcu.edu.az

Akademik fəaliyyətinin istiqamətləri:

  • Entomologiya

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Nərimanova Vüsalə Saleh qızı 5 yanvar 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə orta təhsil almışdır. 2005-2009-cu illər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində bakalavr təhsili almışdır. 2010-2012-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Biologiyanın tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistr təhsilini davam etdirmişdir. 2012-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunda  “entomologiya” ixtisası üzrə doktorantura pilləsində təhsil almışdır. 2016-cı ildə “Böyük Qafqaz təbii vilayətində fitofaq böcəklərin (Scarabaeidae, Coleoptera, Cetonia) bioekoloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti” mövzusunda elmi işini uğurla müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2010-2020-ci illərdə AMEA Zoologiya İnstitutunda laborant, kiçik elmi işçi, şöbə müdiri, 2020-2021-ci illərdə AMEA Dendrologiya İnstitutunda aparıcı elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 2022-cı ildən Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasında ştat müəllimi vəzifəsində çalışır. 11 elmi məqalənin müəllifidir.