Qərbi Kaspi Universiteti

Fəaliyyətlər

Dağ adamı

Üzvlük üçün müraciət

2005-ci ildən etibarən fəaliyyət göstərən və fəaliyyəti müddətində  istər ölkə daxilində və istərsə də, ölkə xaricində bir çox ekspedisiya və yarışlar təşkil edərək adından söz etdirən Qərbi Kaspi Universitetinin Dağçılıq Klubu yeni üzvlər qəbul edir.  Kluba üzv qəbul olunmaq istəyən tələbələrimiz, kluba nə üçün üzv olmaq istədiklərini bir neçə cümlə ilə ifadə edib müraciətlərini administration_iro@wcu.edu.az email hesabına göndərə bilərlər. 

 

Dağçılıq  Klubu

Dağçılıq klubu 2005-ci ildə yaradılmışdır. Klubun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif ucqar rayonlarına və yüksək zirvələrinə ekspedisiyalar təşkil edilmişdir. Universitetimizin tələbələri fəal şəkildə bu ekspediyalarda iştirak etmişlər. Hər il Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Qızılqaya silsiləsində yerləşən Heydər Əliyevin adını daşıyan zirvəyə yürüşlər təşkil olunur. Həmçinin Böyük Qafqaz sıra dağlarının Şahdağ, Tufandağ, Bazardüzü və s. zirvələri fəth olunmuşdur.

Qayayadırmanma Klubu

Qayayadırmanma klubu 2005-ci ildən formalaşmışdır. Universitetin ölkə daxilində təşkilatçılığı ilə keçirilmiş yarışlarda bizim tələbələrimiz komanda şəklində iştirak etmiş, mükafatçılar sırasında dəfələrlə yüksək pillələri qazanmışlar. Qayayadırmanma klubu təsis olunduğu gündən bu günədək Universitetimizi fəal şəkildə təmsil etməyə davam edir.

2020-ci ildə Dağçılıq klubu Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasına (UIAA) üzv qəbul olunmuşdur.

Universitetin dağçılıq fəaliyyətini əks etdirən təqdimat >